Elin Emin oğlu Süleymanov (1970, Bakı) — Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri və Los-Ancelesdəki sabiq Baş Konsulluğunun 1-ci Baş Konsulu.[3]
Elin Süleymanov | |
---|---|
Elin Emin oğlu Süleymanov | |
Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Fövqəladə və səlahiyyətli səfiri | |
Vəzifədədir | |
26 iyul 2021[1] | |
Əvvəlki | Tahir Tağızadə |
26 oktyabr 2011 – 26 iyul 2021[2] | |
Əvvəlki | Yaşar Əliyev |
Sonrakı | Xəzər İbrahim |
14 noyabr 2005 – 26 oktyabr 2011 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1970 |
Doğum yeri | |
Təhsili |
1) Fletçer Hüquq və Diplomatiya Məktəbi (Massaçusets), 2) Siyasi Coğrafiya Bölməsi, Moskva Dövlət Universiteti, 3) Toledo Universiteti (Ohayo) |
Fəaliyyəti | diplomat |
Vikianbarda əlaqəli mediafayllar |
Elin Süleymanov 1970-ci ildə Bakıda anadan olub. Bakı şəhəri 6 saylı məktəbdən təhsil alıb. O, 1989-cu ildə Azərbaycan Dövlət Universitetinin coğrafiya fakültəsinə daxil olsa da, daha sonra tələbə mübadiləsi vasitəsilə Moskva Dövlət Universitetinin siyasi coğrafiya fakültəsində təhsilinə davam edib və 1992-ci ildə buradan məzun olub.
1992-ci ildə "Edmund S. Muskie adına məzunlar üçün təqaüd proqramı"nın açılış ilində ilk azərbaycanlı olaraq, proqramdan təqaüd haqqı qazanmağa nail olub. Bununla da, Ohayoda Toledo Universitetinin dövlət idarəetməsi fakültəsinin magistatura pilləsinə daxil olub və 1994-cü ildə oranı bitirib.
Elin Süleymanov, həmçinin Massaçusets ştatında yerləşən Fletçer Hüquq və Diplomatiya Məktəbinin beynəxalq təhlükəsizlik və beynəlxalq hüquq ixtisasında təhsil alıb. O, burada təhsil alan ilk azərbaycanlı hesab edilir. Diplomatik xidmət orqanlarında fəaliyyətə başlamazdan əvvəl Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı və 1995–1997-ci illər ərzində Praqada "Açıq Media Araşdırma İnstitutu"nda çalışmışdır.[4]
Elin Süleymanov həmçinin 1989-cu ildə bir neçə qrup yoldaşı və dostu ilə birlikdə Bakının "Atəşgah" intelektual oyun klubunun yaradılmasında iştirak edib. O, daha sonra klubun ilk kapitanı olaraq, ona Sovet Televiziyasının "Что?Где?Когда?" və "Brain- Ring." kimi məşhur proqramlarında rəhbərlik edib.
Elin Süleymanov Azərbaycanın Xarici İşlər Nazirliyində diplomatik fəaliyyətə qəbul edildikdən sonra Azərbaycanın ABŞ səfirliyində mətbuatla əlaqələr attaşesi təyin edilib. Daha sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının beynəlxalq əlaqələr şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb.
Elin Süleymanov 14 noyabr, 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsiylə Azərbaycan Respublikasının Los-Ancelesdə yeni açılan Baş Konsulluğuna ilk Baş Konsul olaraq təyin edilmiş və 2011-ci ilə qədər bu vəzifədə çalışmışdır.[5]. 13 ştat üzrə konsul olaraq, Elin Süleymanov həmin bölgələrin əhalisinin Azərbaycan barəsində məlumatının artırılması, eləcə də ölkəmizlə ştatlar arasında əlaqələrin dərinləşdirilməsində böyük xidmətlər göstərib.
Elin Süleymanov 26 oktyabr 2011 tarixində Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir[6].
Azərbaycan, Türk, İngilis, Rus və Çex dillərini mükəmməl səviyyədə bilir[7].