Nakahama Manciro

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Nakahama Manciro
(中濱 万次郎?)
Doğum tarixi 27 yanvar 1827(1827-01-27)[1][2]
Vəfat tarixi 22 noyabr 1898(1898-11-22)[1] (71 yaşında)
Vəfat yeri
Fəaliyyəti dilçi, universitet müəllimi[d], tərcüməçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nakahama Manciro (中濱 万次郎?, 27 yanvar 1827[1][2]22 noyabr 1898[1], Tokio[d]), eləcə də, digər adları ilə Con Manciro (ing. John Manjirō) və ya Con Mun (ing. John Mung) – ABŞ-yə gedən ilk yaponlardan biri. Yaponiyaya qayıdandan sonra Tokuqava şoqunluğuMeyci hökuməti üçün işləməyə başlamış, tərcüməçi və təlimçi olmuşdur.

Həyatı

ABŞ səfəri

Mancironun səyahət xəritəsi (1850-ci illər).

Manciro ABŞ səfərindən əvvəl 1827-ci ildə Tosa əyalətində[a] doğulmuş adi balıqçı idi.[3] 1841-ci ildə Manciro dörd balıqçı ilə birlikdə dənizdə qəzaya uğramış və Tokionun 570 kilometr cənubunda yerləşən və heç kimin yaşamadığı Torişima adasında quruya çıxmışdır.[3] Dörd ay sonra ABŞ-yə məxsus "John Howland" balina ovu gəmisi onları xilas etmişdir.[3] Gəmi onu yoldaşlarını Havay adalarında qoysa da, kapitan Vilyam Vitfild Mancironun intellektindən təsirlənmiş və onu ABŞ-yə dəvət etmişdir.[3] Vitfildin dəstəyi ilə o, Massaçusets ştatının Feyrheyven şəhərində yerləşən məktəbdə oxumuş, çəlləkçilikbalina ovu ilə məşğul olmuşdur.[3] 1849-cu ildə Kaliforniyaya gedərək qızıl hərisliyində iştirak etmişdir.[3]

Manciro ABŞ-də qazandığı pullarla gəmiyə minmiş və 1851-ci ildə Okinava vasitəsilə Yaponiyaya qayıtmışdır.[3] Tokuqava şoqunluğu Yaponiyanı tərk etməyi qadağan etdiyi üçün Manciro Naqasakidə sorğu-sual edilmiş, lakin 1852-ci ildə Tosa əyalətinə qayıtmasına icazə verilmişdir.[3] Tosa əyalətinin yerli daymyosu Mancironu işə götürmüşdür.[3]

Yaponiyada fəaliyyəti

1853-cü ildə ABŞ kommodoru Metyü Perri Yaponiyaya gəlib şoqunluqdan ölkənin ticarət üçün açılmasını tələb edəndə Manciro tərcüməçi kimi çağırılmışdır.[3] 1855-ci ildə isə Naqasaki Donanma Təlimi Mərkəzində təlimçi olmuşdur.[3] 1859-cu ildə Yaponiya limanlarının ABŞ ticarəti üçün açılmasından sonra "Anqlo-amerikan söhbəti üçün qısayol"[b] adlı ilk ingilisdilli lüğəti nəşr etmişdir.[3]

1860-cı ildə Harris müqaviləsini ratifikasiya etmək üçün ABŞ-yə göndərilmiş Yaponiya nümayəndəliyində Manciro baş tərcüməçi kimi iştirak etmişdir.[3] 1864-cü ildə ingilis dili, balina ovu və naviqasiya dərsləri verməsi üçün hökumət tərəfindən Satsuma hanına dəvət edilmişdir.[3] 1868-ci ildəki Meyci islahatından sonra yeni hökumət tərəfindən Kaysey məktəbində[c] təlimçi təyin olunmuşdur.[3]

Qeydlər

  1. Hazırda Koçi prefekturası.
  2. Orijinal adı "Eybey tayva şokey".
  3. Hazırda Tokio Universiteti.

İstinadlar

  1. 1 2 3 4 Nakahama Manjirō // SNAC (ing.). 2010.
  2. 1 2 John Manjiro // Find a Grave (ing.). 1996.
  3. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 Kodansha Encyclopedia of Japan

Ədəbiyyat

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). V cild (Libr–Nijo). Tokio: Kodansha. 1983. səh. 313. ISBN 0-87011-625-8. İstifadə tarixi: 9 avqust 2022.