Natəvan Qasımova

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Natəvan Qasımova
Şəxsi məlumatlar
Vətəndaşlığı
Doğum tarixi 8 iyul 1985(1985-07-08) (38 yaş)
Doğum yeri
Boyu 178 sm
Çəkisi 61 kq
İdman növü voleybol[1]
Komandası

Natəvan Qasımova (d. 8 iyul 1985; Naxçıvan, Azərbaycan) — Azərbaycanı təmsil edən voleybolçu. Natəvan Qasımova, Azərbaycan yığmasının heyətində 2006-cı ildə baş tutan Dünya Çempionatında 13-cü yeri, 2014-cü ildə baş tutan Dünya Çempionatına isə 15-ci yeri tutub.

Həyatı

Natəvan Qasımova 8 iyul 1985-ci ildə Azərbaycanın Naxçıvan şəhərində anadan olub.

Karyerası

Natəvan Qasımova, 2005-ci ildə Azərbaycan yığması ilə birgə Xorvatiyada baş tutan Avropa Çempionatına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Azərbaycan yığması, Rusiya yığmasına 0:3 hesabı ilə məğlub oldu və Avropa Çempionatını 4-cü yerdə başa vurdu.

Natəvan Qasımova daha sonra, 2006-cı ildə Yaponiyada baş tutan Dünya Çempionatına qatıldı. Yarışlarda, 4 dəfə qalib gələn, 5 dəfə isə məğlub olan Azərbaycan yığması, Dünya Çempionatını 24 yığma sırasında 13-cü yerdə başa vurdu.

Natəvan Qasımova bir ildən sonra, 2007-ci ildə BelçikaLüksemburqda baş tutan Avropa Çempionatına qatıldı. Yarışlarda, 1 dəfə qalib gələn, 7 dəfə isə məğlub olan Azərbaycan yığması, Avropa Çempionatını 16 yığma sırasında 12-ci yerdə başa vurdu.

Natəvan Qasımova üçüncü dəfə Avropa Çempionatına, 2009-cu ildə Polşada baş tutan yarışda qatıldı. Yarışlarda, 1 dəfə qalib gələn, 7 dəfə isə məğlub olan Azərbaycan yığması, Avropa Çempionatını 16 yığma sırasında 12-ci yerdə başa vurdu.

Natəvan Qasımova dördüncü dəfə Avropa Çempionatına, 2011-ci ildə İtaliyaSerbiyada baş tutan yarışda qatıldı. Yarışların pley-off mərhələsində Azərbaycan yığması, Niderland yığmasına 1:3 hesabı ilə məğlub oldu və Avropa Çempionatını 16 yığma sırasında 9-cu yerdə başa vurdu.

Natəvan Qasımova sonuncu, beşinci dəfə Avropa Çempionatına, 2013-cü ildə Almaniyaİsveçrədə baş tutan yarışda qatıldı. Yarışlarda, bütün 3 oyunda məğlub olan Azərbaycan yığması, Avropa Çempionatını 16 yığma sırasında 15-ci yerdə başa vurdu.

Natəvan Qasımova daha sonra, 2014-cü ildə İtaliyada baş tutan Dünya Çempionatına qatıldı. Yarışlarda, 4 dəfə qalib gələn, 5 dəfə isə məğlub olan Azərbaycan yığması, Dünya Çempionatını 24 yığma sırasında 15-ci yerdə başa vurdu.

Uğurları

  • CEV Çelenc Kuboku
    • Gümüş medal (1) — 2012
  • Azərbaycan Çempionatı
    • Qızıl medal (4) — 2005, 2006, 2007, 2008
    • Gümüş medal (3) — 2009, 2011, 2014
    • Bürünc medal (1) — 2012

Həmçinin bax

İstinadlar

  1. CEV database (ing.).