Pənah Həsənov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Pənah Həsənov
Şəxsi məlumatlar
Doğum tarixi 9 may 1930(1930-05-09)
Doğum yeri
Vəfat tarixi 14 aprel 1992(1992-04-14) (61 yaşında)
Vəfat yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri Sosialist Əməyi Qəhrəmanı — 1971
"Lenin" ordeni "Lenin" ordeni "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni
SSRİ Dövlət mükafatı — 1980 "Azərbaycan SSR pambıq ustası" fəxri adı — 1966

Pənah Allahverdi oğlu Həsənov (9 may 1930, Böyük Gilanlar14 aprel 1992, Bakı) — Azərbaycan-sovet pambıqçısı, Sosialist Əməyi Qəhrəmanı (1971), Azərbaycan SSR pambıq ustası (1966), SSRİ Dövlət mükafatı laureatı (1980).

Həyatı

Pənah Allahverdi oğlu Həsənov 9 may 1930-cu ildə anadan olmuşdur.14 aprel 1992 ci ildə vəfat etmişdir 1983-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir.

Pənah Həsənov Vedi, İmişli rayonlarında kolxozçu olmuşdur.

Pənah Həsənov SSRİ Ali Sovetinin (8–10-cu çağırış), Azərbaycan SSR Ali Sovetinin (11-ci çağırış) deputatı olmuşdur.[1]

Fəxri adları

Pənah Həsənov 1966-cı ildə Azərbaycan SSR pambıq ustası, 1971-ci ildə Sosialist Əməyi Qəhrəmanı adlarına layiq görülmüşdür. 1980-cı ildə SSRİ Dövlət mükafatı laureatı olmuşdur.

Pənah Həsənov 2 dəfə Lenin ordeni, "Oktyabr inqilabı" ordeni və Qırmızı Əmək Bayrağı ordenləri ilə təltif edilmişdir.

Mənbə

  • Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: ФростШүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 214.

İstinadlar

  1. АСЭ — Азербайджанская Советская Энциклопедия в 10 т., 1984