Böyük Gilanlar — İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd.[1]
Kənd | |
Böyük Gilanlar | |
---|---|
40°06′00″ şm. e. 44°48′49″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Gərnibasar mahalı |
Rayon | Qəmərli rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | UTC+4 |
Rayon mərkəzindən 28 km şimal-şərqdə, Yelincə çayının sahilində yerləşir. 1930-cu ildə Vedi (Ararat) rayonunun inzibati ərazi bölgüsünə daxil idi[2].
"İrəvan əyalətinin icmal dəftərin"də Böyük Gilan[3], Qafqazın 5 verstlik xəritəsində Böyük Gilyanar[4] formalarında qeyd edilmişdir.
Kənddə 1831-ci ildə 143 nəfər, 1873-cü ildə 146 nəfər, 1886-cı ildə 194 nəfər, 1897-ci ildə 310 nəfər, 1914-cü ildə 389 nəfər, 1916-cı ildə 272 nəfər azərbaycanlı yaşamışdır[5].
1918–1919-cu illərdə kəndin sakinləri ermənilər tərəfindən qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan gilanlarlılar öz kəndlərinə dönə bilmişlər.
Burada 1922-ci ildə 120 nəfər, 1926-cı ildə 178 nəfər, 1931-ci ildə 230 nəfər[6], 1939-cu ildə 339 nəfər[7], azərbaycanlı yaşamışdır.
SSRİ Nazirlər Sovetinin 1948-ci il tarixli xüsusi qərarı ilə kəndin sakinləri — azərbaycanlılar zorla Azərbaycana köçürülmüşdür. İndi burada təkcə ermənilər yaşayır.