Prilipko gəvəni

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Prilipko gəvəni
Elmi təsnifat
Beynəlxalq elmi adı

Prilipko gəvəni (lat. Astragalus prilipkoanus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" — VU C2a(i). Azərbaycanın nadir, Qafqazın endemik növüdür. Regional IUCN Statusu EN B2ab (v).

Təbii yayılması

Botaniki təsviri

15-40 sm hündürlükdə, çoxillik bitkidir. Yarpaqcıqlar 8-12 cüt, dəyirmi-yumurtaşəkillidir, 5-20 mm uzunluğunda, 3-8 mm enindədir. Kasacıq boruvaridir. Tac bozumtul bənövşəyi rəngdə, 20-22 mm uzunluqdadır. Yumurtalıq tüklüdür. Paxlası oturaq, düz, təxminən 2 sm uzunluğunda, xətvari, qısa bizvari buruncuqlu, qısa qara və ağ xovludur. Çiçəkləmə-meyvə əmələgətirmə dövrü may-iyun-iyul aylarına təsadüf edir. Quraqlığa davamlı (kserofit), işıqsevən bitkidir (heliofit), toxumla çoxalır, orta dağ qurşağında, quru və çınqıllı yamaclarda, taxıl-müxtəlifotlu qruplaşmalarda rast gəlinir.

Ekologiyası

Populyasiyanın sayı azdır və dəyişilmir. Məhdudlaşdırıcı amillər antropogen və ekoloji amillərdir. Bitdiyi sahənin qorunması, növün müasir vəziyyətinin dəqiqləşdirilməsi, introduksiyası, toxumlarının toxum bankında saxlanması təklif olunur.

Azərbaycanda yayılması

Naxçıvanın dağlıq hissəsində yayılmışdır (Kəngərli rayonu Anabadgədik dağı; Şahbuz rayonu Badamlı, Kükü kəndləri; Culfa rayonu Şurud, Hal kəndləri; Ordubad rayonu Tivi, Biləv, Paraqa kəndləri ətraflarında).

İstinadlar

Həmçinin bax