Qış sarayının Kiçik taxt zalı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Kiçik taxt zalı
E.P.Hau, 1863
Zalın sarayın planında yeri

Kiçik taxt zalı (rus. Малый тронный зал) — Sankt-Peterburqdakı Qış sarayında həm də "Pyotr zalı" kimi tanınan, Çar I Nikolayın sifarişi ilə memar Ogüst Monferranın layihəsi əsasında[1] 1833-cü ildə I Pyotrun xatirəsinə inşa edilmiş zal. 1837-ci ildə baş vermiş və sarayın böyük bir hissəsini məhv etmiş yanğından sonra zal, memar Vasili Stasov tərəfindən tamamilə bərpa edilmişdir.

Tarixi

Rusiya imperiyası dövründə Milad bayramı zamanı bu zalda Çarın xüsusi qəbulu keçirilər və diplomatlar Çarı şəxsən təbrik edərdilər. Birinci dünya müharibəsi zamanı isə zal sarayda yaradılmış hospitalın baş həkiminin şəxsi qəbul otağı kimi istifadə olunmuşdur. Bu gün Ermitaj muzeyinin tərkibinə daxil olan zalın orijinal quruluşu saxlanmışdır.[2]

Memarlıq xüsusiyyətləri

Ümumilikdə zal inkişaf etmiş barokko stilində dizayn edilib, dizaynda mərkəz rolunu apsida içərisində yerləşdirilmiş taxt tutur ki, bu taxtın da arxasında iki korinf sütunu arasında italyan rəssamı Yakopo Amiqo tərəfindən çəkilmiş "I PyotrMinerva" əsəri yerləşdirilib. Zalın divarları dado nissədən yuxarı al məxməri rənglə boyanıb və gümüşü iki başlı qartallarla bəzədilib. Tavan isə çatmatağlarla həll edilib.

Zaldakı lunetlər içərisində Pietro Skotti (1768–1837) və Barnaba Mediçi tərəfindən çəkilmiş, Poltava döyüşüLesnaya döyüşünü təsvir edən iki rəsm əsəri yerləşdirilmişdir. Lakin, zalın əsas diqqət mərkəzi gümüşü və qızılı taxtdır ki, 1731-ci ildə, anqlo-fransız sənətkar Nikola Klausen tərəfindən işlənmişdir.[3]

İstinadlar

  1. State Hermitage Museum (1833) Arxivləşdirilib 2005-02-06 at the Wayback Machine retrieved 11 aprel 2014
  2. Budberg, p 201.
  3. Taxtın tarixi haqqında Dövlət Ermitajının məlumatı burada Arxivləşdirilib 2005-02-06 at the Wayback Machine, xüsusiyyətləri haqqında məlumat isə burada Arxivləşdirilib 2013-08-31 at the Wayback Machine verilir.

Ədəbiyyat

  • Budberg, Moura. Great Palaces (The Winter Palace. Pages 194–201). London: Hamlyn Publishing Group Ltd. 1969. ISBN 0-600-01682-X.