Qatillərin oyunu (film, 2011)

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Qatillərin oyunu
ing. Assassination Games
Janr döyüş filmi[1]
Əsas mövzu qisas[d]
Baş rollarda
Distribütor Netflix
İlk baxış tarixi 2011
Müddət 95 dəq.
Ölkə
Dil ingilis dili
Rəng rəngli
Çəkiliş yeri Buxarest, Nyu-Orlean
IMDb ID1436568

Qatillərin oyunu (ingiliscə orijinal adı: Assassination Games) 2011-ci ildə Erni Barbaraşın rejissorluğu ilə çəkilmiş və baş rollarda Jan-Klod Van Damm və Skott Adkins ilə İvan Kayın çəkildiyi döyüş filmidir. Film 29 iyul 2011-ci ildə ABŞ-də nümayiş olunmuşdur.

Süjet xətti

Narkotik satıcısı Polo Yakur arvadını komaya saldıqdan sonra killer Flint təqaüdə çıxır. Yakurla müqavilə bağlayan Flint təqaüddən çıxır, ancaq bu zaman başqa bir sui-qəsdçi Brezilin də sadəcə olaraq pula görə iş başında olduğunu öyrənir. İki qatil korrupsioner İnterpol agentləri və qanqsterlərlə mübarizə aparmaq üçün könülsüzdə olsa əməkdaşlıq etməyə başlayırlar.

Aktyorlar

  • Jean-Claude Van Damme - Vincent Brazil
  • Scott Adkins - Roland Flint
  • Ivan Kaye - Polo Yakur
  • Valentin Teodosiu - Blanchard
  • Alin Panc - Kovacs
  • Kevin Chapman - Culley
  • Serban Celea - Wilson Herrod
  • Michael Higgs - Godfrey
  • Kris van Varenberg - Schell
  • Marija Karan - October
  • Bianca van Varenberg - Anna Flint
  • Andrew French - Nalbandian

İstehsalı

Qatillərin oyunu filmində əvvəlcə Stiven Siqal Van Damm ilə birgə rol almağa dair sənədə imza atmışdırlar.[2] Seagal rolu tərk etdikdən sonra Vinnie Jonesun Stiven Siqalı əvəz etdiyi düşünülürdü, lakin bu rol sonda Skott Adkinsə keçmişdir.[3] Çəkilişlər Rumıniya, BuxarestYeni Orlean, Luiziana ştatlarında aparılıb.[4]

Nümayiş etdirilməsi

Filmin 29 iyul 2011-ci ildə məhdud buraxılışı var idi.[5] Sony Pictures Home Entertainment DVD-ni 6 sentyabr 2011-ci ildə ABŞ-də[6] və 10 oktyabr 2011-ci ildə Birləşmiş Krallıqda yayımlamışdır.[7]

İstinadlar

  1. http://www.imdb.com/title/tt1436568/.
  2. Vejvoda, Jim. "Van Damme's Weapon reloaded". IGN. May 18, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-16.
  3. "Steven Seagal leaves Jean Claude van Damme's "Weapon"". WorstPreviews. 2012-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-16.
  4. Kay, Jeremy. "MPCA, SPWA play Assassination Games with Van Damme". Screen Daily. 2011-06-15. 2011-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-16.
  5. Whale, Chase. "Retrospective interview: Jean-Claude van Damme". Twitch Film. 2011-07-28. 2012-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-16.
  6. Rao, Rohit. "Assassination Games". DVD Talk. 2011-09-15. 2011-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-16.
  7. "Assassination Games DVD". Female First. 2011-09-13. 2015-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-16.