Qatillərin oyunu (ingiliscə orijinal adı: Assassination Games) 2011-ci ildə Erni Barbaraşın rejissorluğu ilə çəkilmiş və baş rollarda Jan-Klod Van Damm və Skott Adkins ilə İvan Kayın çəkildiyi döyüş filmidir. Film 29 iyul 2011-ci ildə ABŞ-də nümayiş olunmuşdur.
Qatillərin oyunu | |
---|---|
ing. Assassination Games | |
Janr | döyüş filmi[1] |
Əsas mövzu | qisas[d] |
Baş rollarda | |
Distribütor | Netflix |
İlk baxış tarixi | 2011 |
Müddət | 95 dəq. |
Ölkə | |
Dil | ingilis dili |
Rəng | rəngli |
Çəkiliş yeri | Buxarest, Nyu-Orlean |
IMDb | ID1436568 |
Narkotik satıcısı Polo Yakur arvadını komaya saldıqdan sonra killer Flint təqaüdə çıxır. Yakurla müqavilə bağlayan Flint təqaüddən çıxır, ancaq bu zaman başqa bir sui-qəsdçi Brezilin də sadəcə olaraq pula görə iş başında olduğunu öyrənir. İki qatil korrupsioner İnterpol agentləri və qanqsterlərlə mübarizə aparmaq üçün könülsüzdə olsa əməkdaşlıq etməyə başlayırlar.
Qatillərin oyunu filmində əvvəlcə Stiven Siqal Van Damm ilə birgə rol almağa dair sənədə imza atmışdırlar.[2] Seagal rolu tərk etdikdən sonra Vinnie Jonesun Stiven Siqalı əvəz etdiyi düşünülürdü, lakin bu rol sonda Skott Adkinsə keçmişdir.[3] Çəkilişlər Rumıniya, Buxarest və Yeni Orlean, Luiziana ştatlarında aparılıb.[4]
Filmin 29 iyul 2011-ci ildə məhdud buraxılışı var idi.[5] Sony Pictures Home Entertainment DVD-ni 6 sentyabr 2011-ci ildə ABŞ-də[6] və 10 oktyabr 2011-ci ildə Birləşmiş Krallıqda yayımlamışdır.[7]