Qinkaku məbədi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Zen buddizminin Rinzay sektası
Qinkaku məbədi
Qinkaku-ci (銀閣寺?)
Qinkaku (zal)
Qinkaku (zal)
Yerləşməsi
Ölkə
Yeri Sakyo, Kioto, Kioto prefekturası
Memarlıq
İnşa tarixi 1465 – 1483
Tikdirəni Aşikaqa Yoşimasa
Qinkaku məbədi xəritədə
Qinkaku məbədi
Qinkaku məbədi
shokoku-ji.jp/ginkakuji/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qinkaku məbədi (銀閣寺, Qinkaku-ci?, azərb. "Gümüş pavilyon məbədi"‎) və ya rəsmi adı ilə Cişo məbədi (慈照寺, Cişo-ci?, azərb. "Parlayan mərhəmət məbədi"‎)Yaponiyanın Kioto şəhərinin Sakyo rayonunda yerləşən buddist məbədi.[1] Zen buddizminin Rinzay sektasının Şokokuci qoluna aiddir.[1] Tərk edilmiş Tenday monastırı olan Codo məbədinin ərazisində yerləşir.[1] Məbəd Hiqaşiyama mədəniyyətinə aid edilir.[1]

Tarix

Toqudo zalı.

Səkkizinci Muromaçi şoqunu olan Aşikaqa Yoşimasa 1465-ci ildə özü üçün iqamətgah tikdirməyə qərar vermiş və ən keyfiyyətli materialları tapmaq üçün bütün əyalətlərdə axtarış əmri vermişdir.[1] İqamətgahın tikintisi 1483-cü ildə tamamlanandan sonra Yoşimasa buraya köçmüşdür.[1] 1485-ci ildə Şokoku məbədinin keşişi olmuş və 1490-cı ildə öldükdən sonra vəsiyyəti əsasında iqamətgah məbədə çevrilmişdir.[1] Yoşimasanın ölümündən sonrakı dini titulu Cişoin olduğu üçün məbədə Çişo adı verilmişdir.[1]

Şokoku məbədinin ilk abbatı olan Zen keşişi Muso Soseki məbədin ilk fəxri abbatı seçilmişdir.[1] Yoşimasa tərəfindən oğulluğa götürülən Hoşo Şuzay isə məbədin ikinci abbatı təyin edilmişdir.[1] Qinkaku məbədinin bir çox abbatı Konoe kimi zadəgan ailələrindən seçilirdi.[1]

Məbəd qeydlərinə görə Qinkaku məbədi əslində 12 tikilidən ibarət olmuşdur.[1] 1397-ci ildə tikilmiş Kinkaku məbədindən təsirlənən Yoşimasa məbədin Kannon zalına gümüş üzlük çəkdirmək istəmiş, lakin öldüyü üçün bunu edə bilməmişdir.[1] Gümüş üzlüyün heç vaxt çəkilməməsinə baxmayaraq Kannon zalı "Gümüş pavilyon" (Qinkaku) adı ilə tanınmış və bu ad məbədin adına çevrilmişdir.[1] Tenbun erasında baş vermiş böyük yanğın məbədi məhv etmiş, orijinal tikililərdən ancaq Qinkaku zalı və Toqudo zalı salamat qalmışdır.[1] Meyci dövründə məbəd yararsız hala düşmüş, lakin ianələr və hökumət dəstəyi sayəsində bərpa olunmuşdur.[1]

Quruluşu

Qinkaku binası ikimərtəbəli strukturdur.[1] Birinci mərtəbə şoin üslubundadır.[1] Yoşimasanın meditasiya ilə məşğul olduğu otaq bu mərtəbədə yerləşir.[1] İkinci mərtəbə qızılla bəzədilmiş Kannon təsvirinə ev sahibliyi edir.[1] Yoşimasanın yaşadığı və özəl ibadətgahı olan Toqudo zalında budda Amidaya və Yoşimasaya həsr olunmuş səcdəgahlar, eləcə də, Aşikaqa şoqunlarının xatirə lövhələri yerləşir.[1] Binanın şimal-şərq küncündə Yoşimasa tərəfindən dizayn edilmiş çaşitsu mövcuddur.[1] Bu çay otağı Yaponiyadakı ən qədim çaşitsu hesab olunur.[1]

Toqudo və Qinkaku zalları arasında bağ yerləşir.[1] Bu bağ Sayho məbədinin bağı əsasında təşkil olunsa da, Kaney erasında yenidən təşkil olunmuşdur.[1]

Qalereya

İstinadlar

Ədəbiyyat

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). III cild. Tokio: Kodansha. 1983. səh. 33. ISBN 0-87011-623-1. İstifadə tarixi: 2 iyul 2022.