Ramiz Həsənov (diplomat)

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Ramiz Həsənov
bayraq
Azərbaycan Respublikasının Andorradakı fövqəladə və səlahiyyətli səfiri
bayraq2
Vəzifədədir
27 oktyabr 2021-ci ildən
ƏvvəlkiAnar Məhərrəmov
bayraq
Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri
bayraq2
Vəzifədədir
19 aprel 2021-ci ildən
ƏvvəlkiAnar Məhərrəmov
15 may 2018 – 19 aprel 2021
NazirElmar Məmmədyarov
Ceyhun Bayramov
14 dekabr 2005 – 20 aprel 2018
Sonrakıvəzifə ləğv edilib
bayraq
Azərbaycan Respublikasının Gürcüstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri
bayraq2
9 aprel 2004 – 14 dekabr 2005
ƏvvəlkiHacan Hacıyev
SonrakıNamiq Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi 20 avqust 1961(1961-08-20) (62 yaş)
Doğum yeri
Partiya
Fəaliyyəti siyasətçi, diplomat
Atası Ayvaz Həsənov

Ramiz Ayvaz oğlu Həsənov (20 avqust 1961, Məscidli Görarxı, Marneuli rayonu) — Azərbaycan diplomatı, Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri.

Həyatı

Ramiz Həsənov 20 avqust 1961-ci ildə Marneuli şəhərinin Alqet (Məscidli Görarxı) kəndində anadan olmuşdur. 1978–1983-cü illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil almışdır.

1983–1990-cı illərdə SSRİ Xarici Ticarət Nazirliyində çalışmışdır. 1990–1992-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Xarici İqtisadi Əlaqələr Komissiyasında fəaliyyət göstərmişdir. 1993–1997-ci illərdə Azərbaycan Respublikasının Xarici İqtisadi Əlaqələr Nazirliyində məsul vəzifədə çalışmışdır.

1997–2004-cü illərdə Ramiz Həsənov Azərbaycan Respublikası "Azərkontrakt" Açıq Səhmdar Cəmiyyəti sədrinin 1-ci müavini olmuşdur[1][2].

2004–2005-ci illərdə Azərbaycan Respublikasının Gürcüstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışmışdır[3][4].

14 dekabr 2005-ci ildə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru vəzifəsinə təyin olunmuşdur[5][6]. 2008–2018-ci illərdə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri olmuşdur[7].

15 may 2018-ci ildə Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini təyin olunmuş[8], 19 aprel 2021-ci ildə vəzifəsindən azad edilmişdir[9][10]. Elə həmin gün Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.[11][12]

Eyni zamanda Azərbaycan Respublikasının Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir[13].

Ailəsi

Raziyə Polux qızı Həsənova (d. 1967) adlı xanım ilə ailəlidir, 2 övladı var.

İstinadlar

  1. "R. A. Həsənovun Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası "Azərkontrakt" Səhmdar Cəmiyyəti sədrinin birinci müavini təyin edilməsi haqqında". 2023-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-01.
  2. "R. A. Həsənovun Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası "Azərkontrakt" Səhmdar Cəmiyyəti sədrinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında". 2023-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-01.
  3. "R. A. Həsənovun Azərbaycan Respublikasının Gürcüstanda Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilməsi haqqında". 2023-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-01.
  4. "R.A.Həsənovun Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında". 2023-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-01.
  5. "R.A.Həsənovun Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru təyin edilməsi haqqında". 2023-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-01.
  6. "Arxivlənmiş surət". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-05-15.
  7. "İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında". 2022-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-01.
  8. "R.A.Həsənovun Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsinə təyin edilməsi haqqında". 2023-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-01.
  9. "R.A.Həsənovun Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-01.
  10. "Ramiz Həsənov xarici işlər nazirinin müavini vəzifəsindən azad edildi - SƏRƏNCAM". 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-19.
  11. "Ramiz Həsənov xarici işlər nazirinin müavini vəzifəsindən azad edildi - Səfir təyin olundu / YENİLƏNDİ". 2021-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-19.
  12. "R.A.Həsənovun Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında". 2022-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-08.
  13. "Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri R.A.Həsənovun iqamətgahı Madrid şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında". 2023-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-01.

Mənbə