Ruzigar Qasımov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Ruzigar Qasımov
Ruzigar İmran oğlu Qasımov
Doğum tarixi
Doğum yeri Gəncə, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (33 yaşında)
Vəfat yeri Gəncə, Azərbaycan SSR, SSRİ
Vəfat səbəbi Şəhid olmuşdur
Vətəndaşlığı  SSRİ
Uşağı Aysel
Milliyyəti Azərbaycanlı
Fəaliyyəti Müxbir

Ruzigar Qasımov (tam adı: Ruzigar İmran oğlu Qasımov; d. 31 dekabr 1956, Gəncə, Azərbaycan SSR, SSRİö. Gəncə, Azərbaycan SSR, SSRİ) — "20 Yanvar" şəhidi, müxbir. Ölümündən sonra "20 Yanvar şəhidi" fəxri adına layiq görülmüşdür.

Bioqrafiya

Ruzigar Qasımov 31 dekabr 1956-cı il tarixində Gəncədə anadan olmuşdur. Gəncə gil-torpaq kombinatında çıxan «Əməkçi» çoxtirajlı qəzetində müxbir işləmişdir.

Şəhid olması

Ruzigar 19 dekabr 1989-ci il tarixində 12 nəfərlə birlikdə Nüvədiyə yola düşmüşdü. 11 yanvar 1990-cı il tarixində Nüvədidən Gəncəyə qayıtmışdılar. Həmin gün axşam saat 10-da Ruzigarın dostu Bəxtiyar Çaykənddən Gəncəyə gəlmişdir. Xəbər verib ki, orada vəziyyət pisdir, dinc əhalini erməni quldurlarından qorumaq lazımdır. Ruzigar Abbasqulunu da götürüb onlar Nüvədidə bir yerdə olublar bir dəstə keşikçi dəstəsi ilə Çaykəndə gedir. Səhər saat 5-dən 9-a kimi atışma olmuşdur. Ruzigar bu atışmada şəhid olmuşdur. Gəncədəki Səbiskar qəbiristanlığında dəfn edilmişdir.

Şəxsi həyatı

Aysel adında bir qızı var idi.

Həmçinin bax

İstinadlar

  • Qulu Kəngərli. 20 Yanvar şəhidləri (PDF). Bakı: Gənclik. 1992. 312 səh. ISBN 4702060204. 2015-07-17 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-01-18.