Töküntü (bitki)

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Töküntü (bitki) – Bitkinin ölü hissəsi olub ölü kütləyə aiddir, bura torpağın səthinə və ya su hövzəsinin dibinə tökülən yarpaqlar, budaqlar, çiçəklər, toxumlar, meyvələr, qabıqlar, tozcuqlar, sporlar və s. daxildir. İllik töküntü bəzi bitki qruplaşmalarında (xüsusilə meşə) torpaq səthində döşənək yaradır. Torpağın səthinə, sonra isə onun qatlarına töküntü ilə bitki sintez edən üzvi maddə ilə yanaşı, torpaq qatlarından mənimsənilən mineral (kül elementləri) maddələr də daxil olur.[1]

Töküntülərdə bitkilər üçün zəhərlilik (toksiklik)

Süxur töküntülərində suda asan həll olunan və bitkilər üçün zərərli duzların miqdarının yol verilən həddən (>0,25%) çox, yüksək qələvi (su suspenziyasında pH-ın 9,0-dan yuxarı) və güclü turş mühitin (pH-3,5-dən aşağı) olması ilə yaranır. Töküntülərdə ağır metalların (qurğuşun, sink, civə, kadmium, xrom və başqa elementlər) həddən çox toplanması ilə də canlı aləm üçün toksiklik yarana bilər.

Töküntülərdə ilkin ot bitkiləri

Töküntülərdə yayılan ilkin bitkilər. Bitkilərin tərkibi töküntüləri əhatə edən ərazidə yayılmış səciyyəvi bitkilərin xüsusiyyətlərindən, bitki sporlarının yayılmasından və töküntü süxurlarının aqrokimyəvi xassəsindən asılıdır. Töküntülərdə ilk bitki toxumlarının çıxışı küləklə gətirilən bitki növləri hesabına olur. Rayonun təbii amillərindən və töküntüləri təşkil edən süxurların fiziki və kimyəvi xassələrindən asılı olaraq ilkin ot bitkiləri alaq və ya yayılma arealına malik zonal bitki növləri ola bilər.

Töküntülərin çəmənləşdirilməsi

Çoxillik taxılpaxlalı ot növlərinin səpilməsi və becərilməsi yolu ilə yüksək məhsuldar ot örtüyünün yaradılması üzrə kompleks tədbirlər. Otların növ tərkibi, səpin norması və becərilmə aqrotexnikası çəmənləşdirilən yerin səciyyəvi xüsusiyyətlərindən və rayonun fiziki-coğrafi şəraitindən asılı olaraq təcrübə yolu ilə müəyyənləşdirilir. Paxlalılar və qarışıq otlar səpilərkən səpin norması iki dəfə çoxaldılır. Çəmənləşdirilmiş töküntü sahəsindən biçənək, otlaq məqsədilə istifadə edilməsi üzrə tövsiyə yerli şəraitdən asılı olaraq müəyyən edilir.

Töküntülərdə torpaq örtüyünün bərpası

Texnogen törəmə relyefin səthində texniki rekultivasiya işləri aparıldıqdan sonra təkrar torpaq örtüyünün yaradılma prosesi. Torpaqların bərpa olunma prosesi meliorativ tədbirlərin (humus meliorsiyası: humuslu torpaq qatının yaradılması, kompost, torf və daş kömür məişəli meliorantların verilməsi, fitomeliorasiya və s.) həyata keçirilməsi və biosenozların təbii halda tədrici olaraq bərpa olunması ilə sürətlənə bilər.

Xarici keçid

Həmçinin bax

İstinad

  1. Məmmədov Q. Ş. Xəlilov M. Y. Ensiklopedik ekoloji lüğət Bakı 2008