Viktor Şagjapoviç Kök-ool

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Viktor Kök-ool
Көк-оол, Виктор Шогжапович
Doğum tarixi 1 mart 1906(1906-03-01)
Doğum yeri
Vəfat tarixi 20 fevral 1980(1980-02-20) (73 yaşında)
Vəfat yeri
Milliyyəti Tuva türkü
Təhsili
  • Şərq Zəhmətkeşlərinin Kommunist Universiteti[d]
Fəaliyyəti Yazıçı, dramaturq, rejissor
Əsərlərinin dili Tıva dili
Mükafatları

Viktor Şagjapoviç Kök-ool (tuvaca: Көк-оол, Виктор Шогжапович, 1 mart 1906, Torqalıq[d]20 fevral 1980, Kızıl, Tuva MSSR) – tuvalılar arasında məşhur olan dramaturq, rejissor, Tuva ədəbiyyatının öndə gedən yazıçılarından biri.[1] Rusiya Sovet Sosialist Federasiyasının məşhur sənətkalarından biri olmuşdur.

Həyatı

Viktor Kök-ool 1 mart 1906-cı ildə Övür bölgəsinin Torqalıq adlı məntəqəsində anadan olmuşdur.[2] Yazını özü öyrənmiş, daha sonra Moskvada Şərq Millətləri Kommunistlik Universitetində, A. Lunaçarski Dövlət Teatr Sənət İnistitutunu bitirmişdir. 1925-ci ildən sonra Milli Təhsil və Mədəniyyət, 1938-ci ildən sonra Tuva Sənət Teatr Studiosunun rəhbərliyini etmiş, müdir, rejissor və sənətçi olaraq işləmişdir.[3]

Ədəbi fəaliyyətə 1934-cü ildə başlamışdır.[4] "Çurttu utpaalınar", "Çalış-Haya" adlı ilk pyesləri 1935-ci ildə səhnəyə qoyulmuşdur. 1936-cı ildə "Haylraan bot", "Manı-Kara" adı pyeslərini yazmışdır. "Sambajık" teatr əsərini 1942–1943-cü illərdə yazmışdır. Bir çox mahnının bəstələrini etmişdir. "Sambajık" adlı pyeslər antologiyası 1966-cı ildə, "Ədəbiyyat Antologiyası" 1976-cı ildə, "Baylak çurtum" adlı mahnı antologiyası isə 1988-ci ildə nəşr edilmişdir.[5]

1942-ci ildən bəri Tuvanın, 1945-ci ildən isə SSRİ-nin Yazıçılar Birliyinin üzvüdür. Rusiya Teatr İşçiləri cəmiyyətinin üzvüdür. Sovet dövründə müxtəlif orden və medallarla mükafatlandırılmışdır.

Kitabları

  1. Edebiyat Antolojisi (Çogaaldar çıındızı) (Kızıl şehri, 1976);
  2. "Çalım-Haya" (Kızıl, 1935);
  3. Yurdu Unutmayınız ("Çurttu utpаalıñar") (Kızıl, 1935),
  4. "Sambajık" (Kızıl, 1966; 2004 yılında Eduard Mijit'in hazırladığı "Kara-Dagnıñ kazırgı-bile" adındaki tek kitapta tekrar çıkmıştır),
  5. Zengin Yurdum ("Baylak çurtum") (Kızıl, 1988)

Həmçinin bax

İstinadlar

  1. "Viktor Şagjapoviç Kök-ool". pisateli-tuvy.ru. 29 iyun 2020 tarixində arxivləşdirilib.
  2. Тува литературная. Вып.2 : биобиблиогр. справочник / НБ им. А. С. Пушкина Респ. Тыва; авт.-сост.: М.А. Хадаханэ, Л. М. Чадамба, Е. М. Ак-кыс, Г.М. Комбу — Кызыл, 2008. səh — 73
  3. "Viktor Şagjapoviç Kök-oolun rejissorluq fəaliyyəti". theatre-tuva.ru/. 29 iyun 2020 tarixində arxivləşdirilib.
  4. Комбу С. С. Кок-оол Виктор Шогжапович / С. С. Комбу // Тувинская литература : словарь / С. С. Комбу; под ред.: Д. А. Монгуша, М. Л. Трифоновой. — Новосибирск: 2012. səh — 98.
  5. Кок-оол Виктор Шогжапович : о нем // Тыванын чогаалчылары=Писатели Тувы. — Кызыл, 2001. səh −5.