Viktor Şagjapoviç Kök-ool (tuvaca: Көк-оол, Виктор Шогжапович, 1 mart 1906, Torqalıq[d] – 20 fevral 1980, Kızıl, Tuva MSSR) – tuvalılar arasında məşhur olan dramaturq, rejissor, Tuva ədəbiyyatının öndə gedən yazıçılarından biri.[1] Rusiya Sovet Sosialist Federasiyasının məşhur sənətkalarından biri olmuşdur.
Viktor Kök-ool | |
---|---|
Көк-оол, Виктор Шогжапович | |
Doğum tarixi | 1 mart 1906 |
Doğum yeri | |
Vəfat tarixi | 20 fevral 1980 (73 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | Tuva türkü |
Təhsili |
|
Fəaliyyəti | Yazıçı, dramaturq, rejissor |
Əsərlərinin dili | Tıva dili |
Mükafatları |
Viktor Kök-ool 1 mart 1906-cı ildə Övür bölgəsinin Torqalıq adlı məntəqəsində anadan olmuşdur.[2] Yazını özü öyrənmiş, daha sonra Moskvada Şərq Millətləri Kommunistlik Universitetində, A. Lunaçarski Dövlət Teatr Sənət İnistitutunu bitirmişdir. 1925-ci ildən sonra Milli Təhsil və Mədəniyyət, 1938-ci ildən sonra Tuva Sənət Teatr Studiosunun rəhbərliyini etmiş, müdir, rejissor və sənətçi olaraq işləmişdir.[3]
Ədəbi fəaliyyətə 1934-cü ildə başlamışdır.[4] "Çurttu utpaalınar", "Çalış-Haya" adlı ilk pyesləri 1935-ci ildə səhnəyə qoyulmuşdur. 1936-cı ildə "Haylraan bot", "Manı-Kara" adı pyeslərini yazmışdır. "Sambajık" teatr əsərini 1942–1943-cü illərdə yazmışdır. Bir çox mahnının bəstələrini etmişdir. "Sambajık" adlı pyeslər antologiyası 1966-cı ildə, "Ədəbiyyat Antologiyası" 1976-cı ildə, "Baylak çurtum" adlı mahnı antologiyası isə 1988-ci ildə nəşr edilmişdir.[5]
1942-ci ildən bəri Tuvanın, 1945-ci ildən isə SSRİ-nin Yazıçılar Birliyinin üzvüdür. Rusiya Teatr İşçiləri cəmiyyətinin üzvüdür. Sovet dövründə müxtəlif orden və medallarla mükafatlandırılmışdır.