Vladimir Seren-ool

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Vladimir Seren-ool
Doğum tarixi 14 mart 1942(1942-03-14)
Vəfat tarixi 1994
Təhsili
Fəaliyyəti yazıçı, şair

Vladimir Seren-ool (tıva Владимир Седипович Серен-оол, 14 mart 19421994) — tuvalı məşhur roman yazıçısı.[1]

Həyatı

Vladimir Seren-ool 14 mart 1942-ci ildə Tuvanın Uluiq-Hem bölgəsinin Övür-Torqalıq məntəqəsində anadan olmuşdur Torqalıqda 8 illik təhsil görmüş, daha sonra təhsilini Handagaytın orta məktəbində davam etdirmişdir. Ali təhsilini Leninqradda almışdır. Burada Dövlət Teatr, Musiqi və Kinomatoqrafiya İnistitutunu və Maksim Qorki adına Ədəbiyyat İnistitutunu bitirmişdir.[2]

Fəaliyyəti

Tuvada nəşr edilən tuva türkcəsində qəzet olan "Tıvanın anıyaktarı" qəzetinin redaktorluğunu etmiş, siyasi qəzet olan "Şın" qəzetinin müxbirliyini etmiş, Tuva Sənət-teatr Mərkəzinin işçisi olmuşdur. 1975-ci ildən bəri teatrda ədəbi sahədəki fəaliyyətini davam etdirmişdir. 1960-cı ildən etibarən ədəbiyyatla maraqlanmağa başlamışdır. "Sıgıt" adlı kitabı 1973-cü ildə nəşr edilmiş, sonra "Solanqı" (1977), "Heelig ister" (1989), "Kan-Kıs" (1991), "Beldir" (1993) adlı kitabları yayımlanmışdır.[3] "Sööskenner çeçektelib turda" adında pyes əsəri 1995-ci ildə onun ölümündən sonra nəşr edilmişdir.[4] Marşak, Moqilevskaya, Moler, Tikomanu, Hacıbekov kimi müəlliflərin nəsr və pyes əsərlərini tuvacaya tərcümə etmişdir. Seren-oolun əsərləri də rusca, xakasca, saxaca, monqolcaya tərcümə edilmişdir.

Həmçinin bax

İstinadlar

  1. "Vladimir Seren-ool". cultin.ru. 29 iyun 2020 tarixində arxivləşdirilib.
  2. "Серен-оол, Владимир Седипович". tuva.asia. 29 iyun 2020 tarixində arxivləşdirilib.
  3. "Vladimirin ədəbi fəaliyyəti". tuva.asia. 29 iyun 2020 tarixində arxivləşdirilib.
  4. Комбу С. С. Серен-оол Владимир Седипович / С.С. Комбу // Тувинская литература : словарь / С.С. Комбу; под ред.: Д.А. Монгуша, М.Л. Трифоновой. — Новосибирск: 2012. səh — 254.

Xarici keçidlər