Vladimir Seren-ool (tıva Владимир Седипович Серен-оол, 14 mart 1942 – 1994) — tuvalı məşhur roman yazıçısı.[1]
Vladimir Seren-ool | |
---|---|
Doğum tarixi | 14 mart 1942 |
Vəfat tarixi | 1994 |
Təhsili | |
Fəaliyyəti | yazıçı, şair |
Vladimir Seren-ool 14 mart 1942-ci ildə Tuvanın Uluiq-Hem bölgəsinin Övür-Torqalıq məntəqəsində anadan olmuşdur Torqalıqda 8 illik təhsil görmüş, daha sonra təhsilini Handagaytın orta məktəbində davam etdirmişdir. Ali təhsilini Leninqradda almışdır. Burada Dövlət Teatr, Musiqi və Kinomatoqrafiya İnistitutunu və Maksim Qorki adına Ədəbiyyat İnistitutunu bitirmişdir.[2]
Tuvada nəşr edilən tuva türkcəsində qəzet olan "Tıvanın anıyaktarı" qəzetinin redaktorluğunu etmiş, siyasi qəzet olan "Şın" qəzetinin müxbirliyini etmiş, Tuva Sənət-teatr Mərkəzinin işçisi olmuşdur. 1975-ci ildən bəri teatrda ədəbi sahədəki fəaliyyətini davam etdirmişdir. 1960-cı ildən etibarən ədəbiyyatla maraqlanmağa başlamışdır. "Sıgıt" adlı kitabı 1973-cü ildə nəşr edilmiş, sonra "Solanqı" (1977), "Heelig ister" (1989), "Kan-Kıs" (1991), "Beldir" (1993) adlı kitabları yayımlanmışdır.[3] "Sööskenner çeçektelib turda" adında pyes əsəri 1995-ci ildə onun ölümündən sonra nəşr edilmişdir.[4] Marşak, Moqilevskaya, Moler, Tikomanu, Hacıbekov kimi müəlliflərin nəsr və pyes əsərlərini tuvacaya tərcümə etmişdir. Seren-oolun əsərləri də rusca, xakasca, saxaca, monqolcaya tərcümə edilmişdir.