Xubyarlı (İmişli)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Xubyarlı
39°46′35″ şm. e. 48°01′36″ ş. u.
Ölkə  Azərbaycan
Rayon İmişli rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 1.232 nəfər
Xəritəni göstər/gizlə
Xubyarlı xəritədə
Xubyarlı
Xubyarlı

XubyarlıAzərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd.

Tarixi

Xubyarlı kəndinin adı 1902-ci il yanvar ayının 31-də Şamaxı şəhərində baş vermiş zəlzələdən köçən və gəlib həmin kənddə yerləşən 3 ailədən biri Xubyar bəyin adı ilə bağlıdır.[mənbə göstərin] Araz çayının sağ sahilində, Mil-Muğan su kanalı boyu, Bakı-Horadiz şose yolunun kənarında yerləşir.[mənbə göstərin]

Toponimikası

İmişli rayonunun Məzrəli inzibati ərazi vahidində kənddir. Mil düzündədir. Tədqiqatçılara görə, oykonim özündə qəd. türkdilli bulqarların kuvyar tayfasının adını əks etdirir. Tarixi mənbələrin məlumatına görə, V əsrin sonu - VI əsrdə dəfələrlə Cənubi Qafqaz hücum etmiş bulqarların bir qismi bu ərazidə məskunlaşmışdır.[1]

Əhalisi

Kənd əhalisinin sayı 1132 nəfərdir ki, onun da 565 nəfəri kişi, 567 nəfəri isə qadındır.[mənbə göstərin]

İstinadlar

  1. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427