Bəhrəmtəpə (əvvəlki adı: 1 May) — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Əhalisinin sayı 7442 nəfərdir. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə İmişli rayonunun 1 May qəsəbəsi Bəhrəmtəpə qəsəbəsi adlandırılmışdır.[1]
Bəhrəmtəpə | |
---|---|
39°44′35″ şm. e. 47°57′08″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 13 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Qəsəbənin keçmiş adı Ağaxanlı, Nərimanabad (1931-ci ildən), Bəhrəmtəpə, 1 May (1960-cı ildən) olmuşdur. 1992-ci ildən yenidən Bəhrəmtəpə adlandırılmışdır. Adını ərazidəki yüksəklikdən almışdır.[2]
Qəsəbə Araz çayı sahilində, Mil düzündə yerləşir.
Ərazisindən qum, çınqıl kimi faydalı qazıntılar çıxır. Qəsəbədəki su anbarından bir sıra kanallar başlanğıc götürür.
![]() |
İmişli rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |