Xəlfəli (İmişli)

XəlfəliAzərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd.

Xəlfəli
İmişli rayon Xəlfəli kəndi
39°47′24″ şm. e. 48°13′13″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon İmişli rayonu
Tarixi və coğrafiyası
Sahəsi 52 km²
Saat qurşağı
Əhalisi
Əhalisi 7.256 nəfər
Etnoxronim Xəlfəli tayfası
Xəritəni göstər/gizlə
Xəlfəli xəritədə
Xəlfəli
Xəlfəli

Tanınmış şəxsləri

[redaktə | mənbəni redaktə et]

Razi NurullayevDeputat, millət vəkili

İmamverdi ƏliyevAzərbaycanın Milli Qəhrəmanı

İmişli rayonunun ən böyük kəndidir. Əhalisinin sayı 7256 nəfərdir və 1900 evdən ibarətdir. Xəlfəli kəndindən indiyədək çox sayda vəzifəli şəxslər və dövlət xadimləri çıxmışdır. Kənd əhalisi türk mənşəli Xəlfəli tayfasına mənsubdur. Tayfanın əhalisi Böyük Səlcuq imperiyasının dövründə Xorasandan köçərək Azərbaycan ərazisində, həmçinin indiki İmişli rayonunda məskunlaşmışdır. XIX əsrin ortalarından isə bu ərazilər Xəlfəli adlanmağa başlayıb. Kənd Muğan düzündə yerləşir. Baş-Muğan kanalı da Xəlfəli kəndi ərazisindən keçir. Xəlfəli kəndi şimalda Kürdmahmudlu kəndi ilə, cənubda Hacalmuradlı kəndi ilə, şərqdə Saatlı rayonu ilə, qərbdə QulubəyliNurulu kəndləri ilə həmsərhəddir. Kənd ərazisi böyük olduğundan bir neçə hissədən ibarətdir — 1.əsas (Xəlfəli); 2. Gülmirzə yaşayış məntəqəsi; 3.Körəbazlı yaşayış məntəqəsi; 4.Mərcanlı yaşayış məntəqəsi; 5.Hacman yaşayış məntəqəsi; Həmçinin Hacalmuradlı, QulubəyliKürdmahmudlu kəndləri də Xəlfəli kənd inzibati ərazi vahidinə aiddir. Kənd ərazisində bir neçə göl də var. (Xəlfəli gölü, Gülmirzə gölü və s.) Kənddə təhsil yüksək inkişaf etmişdir. Kənddə 2 mərtəbəli, böyük bir tam orta məktəb, 1 uşaq bağçası, böyük və müasir məscid, kitabxana, klub və digər biznes obyektləri fəaliyyət göstərir. Kənddə əhalinin istirahətini təmin edən 2 kafe və 1 çayxana da fəaliyyət göstərir. Xəlfəli kənd tam orta məktəbi Birinci Qarabağ müharibəsi qurbaı, İmişli rayon Xəlfəli kənd sakini Qabil Mərdəliyevin adını daşıyır. Məktəbdə 700-dən çox şagird təhsil alır. Məktəbdən hər il ali təhsil müəssisələrinə 15-20 şagird qəbul olur. Xəlfəli kənd ərazi vahidindən Birinci Qarabağ müharibəsi zamanı 186, Aprel döyüşləri zamanı 30, İkinci Qarabağ müharibəsi zamanı isə 352 nəfər döyüşlərdə iştirak etmişdir. Birinci Qarabağ müharibəsi zamanı 12, İkinci Qarabağ müharibəsi zamanı isə 3 nəfər şəhid olmuşdur. Həmçinin 2013-cü ildə ön xətdə xidmət edən Xəlfəli kənd sakini də şəhid olmuşdur. 2023-cü il sentyabr ayında həyata keçirilən antiterror əməliyyatı zamanı isə kənddən olan bir nəfər hərbçi (gizir) şəhidlik zirvəsinə yüksəlmişdir. Ümumilikdə Qarabağ uğrunda döyüşlər zamanı Xəlfəli kəndi 17 şəhid vermişdir. Qarabağ döyüşləri zamanı daha 124 nəfər isə qazi olmuşdur. İkinci Dünya müharibəsi zamanı kənddən döyüşlərdə 134 nəfər iştirak etmiş, 74 nəfər həlak olmuş, 41 nəfər isə ağır dərəcəli xəsarətlər almışdır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]