Boşçalılar

BoşçalılarAzərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə İmişli rayonunun Boşçalılar kəndi Sarıxanlı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Boşçalılar kənd Soveti yaradılmışdır.[1]

Boşçalılar
39°48′56″ şm. e. 47°57′34″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 4 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.583 nəf.
Xəritəni göstər/gizlə
Boşçalılar xəritədə
Boşçalılar
Boşçalılar

Boşçalı toponimi özündə təklə tayfasının boşçalı tirəsinin adını əks etdirir.[2] Oğuz türk tayfa ittifaqına daxil olan Təklələr əvvəllər Gürcüstanın Borçalı mahalı ərazisində yaşamış, 1540-cı ildə isə tayfa başçısı Qazı xanın rəhbərliyi ilə Səfəvi hökmdarı I Təhmasibin hakimiyyətini qəbul edərək Mahmudabad ərazisində (indiki Salyan rayonu) məskunlaşmışlar. Onlar sonra Şahsevənlərin tərkibinə daxil olmuşlar. Ağsu, Kürdəmir, Masallı, Cəlilabad və Şamaxı rayonlarında təkləlilərlə bağlı kəndlər mövcuddur. Hazırda Yevlax rayonunda Boşçalı kəndi var. Don Juan İranlı adı ilə tanınmış Oruc bəy Bayat öz əsərlərində qızılbaş tayfaları içərisində boşçalı (bozçalı) tayfasının da adını çəkmişdir.[3]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Boşçalılar kəndi Araz çayının sol sahilində, Mil düzündə, rayon mərkəzindən 29 km cənub-qərbdə yerləşir. Kəndin gözəl təbiəti və bərəkətli torpaqları var. Kənd düzənliklərlə əhatə olunub. Ələt-Culfa dəmiryolu xətti kəndin yanından keçir. Kənd Vətəgə dəmiryolu stansiyasına çox yaxındır.

Kənddə yayı quraq keçən mülayim isti, yarımsəhra və quru çöl iqlimi var. Orta temperatur yanvar ayında 5 ˚C, iyul ayında isə 27˚C-dir. İllik yağıntının miqdarı 300 mm-dir.

Kəndin əhalisi 3364 nəfər olmaqla tamamilə azərbaycanlılardan ibarətdir.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Kənd camaatı əsasən heyvandarlıq və əkinçiliklə məşğul olur. Suvarma əkinçiliyi çox inkişaf edib. Kənd torpaqları suvarma kanalları ilə əhatə olunub. Pambıqçılıq, yem istehsalı və heyvandarlıq əsas təsərrüfat sahələridir. Boşçalılar əhalisi tərəkəmə olduğundan köçəri həyat tərzi sürər, yay aylarını Kiçik Qafqazın alp çəmənliklərində yerləşən yaylaqlarda keçirərdi. Qarabağ müharibəsinə qədərki dövrdə kəndin Laçın rayonu ərazisində geniş yay otlaqları olmuşdur. Bu yaylaqlar əsasən Alagöllər, Pəri çınqılı, Qaragöl, Qaranlıq dərə, Qızılboğaz dağı, Qulalı, Azay dağı ətrafında yerləşirdi. Sonuncu dəfə kəndin köçü bu yaylaqlara 1991-ci ildə getmişdir. Kəlbəcər və Laçın rayonlarının işğal olunması ilə əlaqədar bu yaylaqlar 1992-2020 illər arasında işğal altında qalmış və istifadə olunmamışdır. İşğal dövründə yaylaqlardan qeyri qanuni istifadə olunmuş, Alagöllər gölündə süni bənd qurularaq, gölün biri tamamilə qurudulmuşdur. Hazırda həmin ərazilər erməni işğalından azad olunsa da istifadə olunmur.

Kənddə 1 klub və 1 kitabxana mövcuddur.

Kənddə 1 tam orta məktəb və 1 uşaq bağçası fəaliyyət göstərir.

Kənddə "İmam Hüseyn" məscidi dini icması fəaliyyət göstərir.[4]

Kənddə 1 feldşer-mama məntəqəsi var.

  1. "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-10.
  2. Boşçalılar // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  3. Книга Орудж-бека Байата Дон-Жуана Персидского. Баку - Язычы - 1988 c.21
  4. MÜSƏLMAN DİNİ İCMALAR - 2017-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2022-06-26 at the Wayback Machine. scwra.gov.az  (az.)