Qızılkənd (İmişli)

Qızılkənd (əvvəlki adı: Semyonovka) — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə İmişli rayonunun Semyonovka kəndi Qızılkənd və müvafiq olaraq Semyonovka kənd Soveti Qızılkənd kənd Soveti adlandırılmışdır.[1]

Qızılkənd
39°43′12″ şm. e. 48°04′48″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 9 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 3.337 nəf.
Xəritəni göstər/gizlə
Qızılkənd xəritədə
Qızılkənd
Qızılkənd

Qızılkənd adı kəndin ərazisində yerləşən erkən orta əsrlərə aid edilən "Qızıltəpə" qala-yaşayış yerinin və "Qala yeri" kimi tanınan tarixi Alban məbədi ərazisinin adı ilə bilavasitə bağlıdır. Kəndin ən ilkin variantda adı "Qızılvəng " olmuşdur. "Vəng" Alban dilindəki " vank" sözündəndir, mənası: kilsə, monastır, məbəd deməkdir. Bu baxımdan ad: "qızıl kilsə/ qızıllı kilsə", "qızıllı məbəd ", "qızıl monastır/ qızıllı monastır" anlamına gəlir. Daha sonralar "vəng" sözündə səs düşümü olmuş və yaşayış məntəqəsinin statusunu bildirən "kənd" sözü onun yerinə keçmişdir. 2017-ci ildə kənd ərazisində antiq nekropoldan üzərində Makedoniyalı İsgəndərin təsviri olan gümüş sikkələrin tapılması hələ eramızdan əvvəl ərazidə yaşayış məskəninin olmasını sübut edir.[1] Bunu da qeyd etmək lazımdır ki, XIX əsrdən əvvəl " kənd" sonluğu ilə bitən yaşayış məntəqəsi adlarına rast gəlinmir.[2] Hələ XX əsrin 30-cu illərinin sonlarına kimi təpənin ətəklərində Qızılkənd kəndi mövcud olmuşdur, lakin sonralar kənd əhalisinin böyük əksəriyyətinin buradan Qazaxıstana sürgün olunması nəticəsində kənd xeyli boşalmış və əhalinin qalan hissəsi yaxınlıqda yerləşən və onların əvvəlki əkin-otlaq yeri olan XIX əsrin sonlarından isə rusların məskunlaşdırıldığı Semyonovka kəndinə köçmüşdürlər. SSSR-nin dağılmasından sonra Azərbaycan müstəqilliyinin ilk illərində, 7 fevral 1991-ci ildə müvafiq qərara əsasən kəndin tarixi adı özünə qaytarılmışdır

İndiki Qızılkənd köhnə Qızılkənddən təxminən 2 kilometr aralıda Rusiya imperiyası dövründə salınıb. Kəndin indi olduğu yer köhnə Qızılkənd əhalisinin otlaq və biçin yeri əraziləri olub. İqliminin əlverişli olması və qış otlaqlarının çoxluğu səbəbi ilə kənd ətrafı ərazilər Birinci Qarabağ müharibəsinə kimi Qarabağ camaatının (XIX əsrə kimi Qarabağ xanlarının və bəylərinin) qışlaq ərazisi olmuşdur. Kənd ərazisinə rusların yerləşdirilməsində məqsəd Cənubi Azərbaycan türkləri ilə sərhəddə əlaqənin tam kəsilməsi və ərazilərin ruslaşdırılması siyasəti olmuşdur. Rusların bu ərazilərə köçürülməsi XIX əsrin sonu XX əsrin lap əvvəllərinə təsadüf edir. İkinci Dünya müharibəsi zamanı isə kənd sakinlərini öz doğma ata-baba yurdlarından uzaq Qazaxıstan çöllərinə sürgün etmişlər, buna səbəb isə müharibə dövründə Şimali və Cənubi Azərbaycanın birləşmək təhlükəsi olmuşdur, lakin 60-cı illərdə və dövlət müstəqilliyinin ilk illərində vaxtı ilə buradan sürgün olunmuş sakinlər ana yurdlarına geri dönüblər.

Qədim yaşayış məskənlərindən biridir. Kəndin ətrafında orta əsrlərə aid xeyli maddi-mədəniyyət nümunələri (qılınc, saxsı qablar, zinət əşyaları) tapılmışdır. Qızıltəpə, Göytəpə və Yeddi təpə adlanan yerlərin qədim yaşayış məskənləri olması haqda fikirlər var.

Təhsil və Mədəniyyət

[redaktə | mənbəni redaktə et]

Kənddə 624 şagirdlik (1 növbəli) tam orta məktəb, Peşə məktəbi, uşaq bağçası, xəstəxana, Mədəniyyət evi, kitabxana, poçt binası, su təsərrüfatı idarəsi fəaliyyət göstərir.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Yayı isti, qışı mülayim. Kənd ərazisində antropogen mənşəli bulaqlarının sayı 20-yə yaxındır və suyu çox təmiz, saf və içilmək üçün tam yararlıdır. Bu bulaqlardan kənd sakinləri məişət və içməli suya olan təlabatlarını ödəyirlər.

Tarixi abidələri

[redaktə | mənbəni redaktə et]

Qızıltəpə, Yedditəpə, Göytəpə, Zilitəpə, Qala yeri (Qala yeri həmçinin " Monastır yeri" adı ilə də tanınır) .[3]

Əhalisi 6136 nəfərdir. Əhali etnik baxımdan tamamilə Azərbaycan və ümumən Qafqaz ərazisinin ən qədim sakinlərindən — Xəzər türklərinin[4] soyundan olan köçəri tərəkəmələrdən (Qarapapaqlar)[5] (95%) və qismən də İkinci Dünya müharibəsi zamanı Lerik, Astara bölgəsindən gələn talışlardan ibarətdir.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhalinin məşğul olduğu əsas təsərrüfat sahəsi əkinçilikdir. Ərazidən XIX əsrin sonlarına kimi Araz çayının keçməsi və sahil ərazi kimi buranın Tuğay meşələrlə örtülü olması bu gün torpaqların münbitliyinin əsas faktorudur. Əkinçilkdə əsasən üstünlük texniki bitkilərə -pambıqçılıqa verilir, lakin buğda, arpa, yonca, şəkər çuğunduru da geniş şəkildə becərilən təsərrüfat sahələrindəndir.

SSRİ dönəmində kənddə üzüm bağları mövcud olmuşdur, ərazinin suvarılma üçün əlverilişli olması və torpaqların münbitliyi üzüm bağlarının böyük inkişafına təkan verirdi. Məhz zamanın da üzümçülük kəndə şöhrət qazandıran ilk sahə olmuşdur.

Maldarlıq kifayət qədər inkişaf etmişdir.

Arıçılıq 90-cı illərin sonundan etibarən sürətlə inkişaf edən təsərrüfat sahəsidir. Bu sahəyə olan maraq və diqqət son illər daha da artmaqdadır.

  1. "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-10.
  2. "Arxivlənmiş surət". 2022-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-18.
  3. Nakhiyev, Toghrul Nasirli, Alakhber. "İmişli rayonunda 2500 il yaşı olan qədim yaşayış məskəni aşkarlanıb". science.gov.az.
  4. "Arxivlənmiş surət". 2015-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-16.
  5. "Arxivlənmiş surət". 2015-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-16.