Yeni Kərki

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Yeni Kərki
39°18′36″ şm. e. 45°13′16″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 380 nəf.
Rəsmi dili
Xəritəni göstər/gizlə
Yeni Kərki xəritədə
Yeni Kərki
Yeni Kərki

Yeni KərkiAzərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun tərkibindəki yaşayış məntəqəsi Yeni Kərki kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Yeni Kərki kəndi mərkəz olmaqla Yeni Kərki kənd inzibati ərazi vahidi yaradılmışdır.[2]

Toponimikası

Oykonim kərki tayfasının adı ilə bağlıdır. Mənbələrdə kərkilərin Azərbaycana erkən orta əsrlərdə qıpçaqların tərkibində gəldiyi göstərilir. XIX əsrin əvvəllərində qazaxlı tayfasının tərkibində kərkibaşlı adlı tirənin olması haqqında məlumat verilir. Türkmənlərin ersarı tayfasının bir qolu da kərki adlanırdı. Kərki tayfaları Türkiyə, Özbəkistan ərazisində də qeydə alınmışdır. Türkmənistan ərazisində Kərki adlı şəhər, rayon, qəsəbə və Kərkidağ adlı dağ mövcuddur.[3]

Tarixi

Kənddə Ermənistan tərəfindən işğal olunan Kərki kəndinin sakinləri məskunlaşmışlar. Burada məcburi köçkün ailələri üçün mənzillər və xidmət mərkəzləri tikilmişdir.[4]

Coğrafiyası və iqlimi

Kənd Arpaçayın sahilində, düzənlikdə yerləşir.

Əhalisi

Əhalisi 400 nəfərdir.[5]

Təhsil

Kənddə məktəb fəaliyyət göstərir.

İstinadlar

  1. Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh.
  2. "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı". 2021-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-29.
  3. Yeni Kərki // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  4. Naxçıvanda sığınacağın istiqamətləndirmə mexanizmlərinin təkmilləşdirilməsinə dair regional təlim keçirildi[ölü keçid]
  5.  Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.

Həmçinin bax