Zakir Şəhriyaz

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Zakir Şəhriyaz
Zakir Ələs oğlu Ələsov
Doğum adı Zakir Ələsov
Doğum tarixi (69 yaş)
Doğum yeri Qızılgül, Dərələyəz mahalı, Ermənistan SSR, SSRİ
Fəaliyyəti yazıçı, şair, publisist
Üzvlüyü

Ələsov Zakir Ələs oğlu (Zakir Şəhriyaz) (10 oktyabr 1954, Qızılgül kəndi) — şair, Azərbaycan Aşıqlar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı və "Ustad sənətkar" mükafatları laureatı. "Dərələyəz" qəzetində poeziya şöbəsinin müdiri.

Həyatı

Zakir Şəhriyaz 10 oktyabr 1954-cü ildə Dərələyəz mahalının Qızılgül kəndində anadan olub[1]. 7 illik məktəbi doğma kəndində, orta məktəbi isə Qovuşuq kəndində bitirib.

1973-1975-ci illərdə hərbi xidmətdə olub. Hərbi xidmətdən sonra həyatını Bakı şəhəri ilə bağlayıb. 1975-ci ildə 79 saylı peşə məktəbinə daxil olub. 1975-1982-ci illərdə Bakı Kondisionerləri Zavodunda, 1982-ci ildən 2011-ci ilin dekabrına qədər isə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda işləmişdir.

18 yaşına qədər Dərələyəz mahalında yaşayan Zakir bədii yaradıcılığa orta məktəb illərindən başlayıb. Haqqında Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Qapalı Səhmdar Cəmiyyətində "Xalq yaradıcılığı" baş redaksiyasında radio verilişlər hazırlanmışdır.

Azərbaycan Aşıqlar Birliyinin üzvü, "Qızıl Qələm" mükafatı diplomu və "Ustad sənətkar" ali jurnalist mükafatları laureatıdır. "Dərələyəz" qəzetində poeziya şöbəsinin müdiridir.[2]

Hal-hazırda Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayır və bədii yaradıcılığını müntəzəm davam etdirir.

Ailəsi

Ələs və Sonanın ailəsində doğulan Zakir Şəhriyaz 1979-cu ildə ailə həyatı qurub. 2 oğlu, 1 qızı və 5 nəvəsi var.

Məqalələri

Kitabları

Məsləhətçisi olduğu kitablar

  • Aşıq Faxfur Ağbabalı, "Telli sazım"
  • Eldar Ağbabalı, "Yada düşdü Ağbaba"

Redaktoru olduğu kitablar

İstinadlar

  1. Tacir Səmimi, "Dost sözü", "Bütöv Azərbaycan", №34(122), 5-11 oktyabr 2011. səh.13
  2. Buludxan Xəlilov. "Onun şeirləri həqiqətən doğulur" (az.). modern.az. 06.09.2017. 2017-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-27.

Xarici keçidlər

Həmçinin bax