Qara uzunbığ

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Qara uzunbığ
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qara uzunbığ (lat. Morimus asper) — sərtqanadlılar dəstəsinin uzunbığlar fəsiləsinə aid böcək növü. Təhlükə həddinə (VU) yaxınlaşır, yaxın gələcəkdə təhlükəli vəziyyətə düşə bilər.

Bədəni qara rəngdə olub, 16–38 mm uzunluqdadır. Qanad üstlükləri və ön döşün üzəri dənəvərdir. Qanadüstlüklərin üzərində qara ləkələr vardır.[1]

Krım, Qafqaz, Cənubi Qafqaz; Türkiyə, Şimali İranda rast gəlinir. Azərbaycanda Bakı, Abşeron, Zaqatala, Lənkəran, AstaraYardımlı rayonlarında rast gəlinir. Ölkəmizdə bu böcəyin Morimus vercundus yarımnövü yayılmışdır.

Sürfələr müxtəlif enliyarpaqlı və iynəyarpaqlı ağacların oduncağı və qabığı altında yaşayırlar. Puplaşma yazda və yayda baş verir. Generasiya 2 ildən az deyildir. İmaqo apreldə və sentyabrda təbiətdə görünür.[2]

1925-ci ildə V.Nazarov tərəfindən Lənkəranda 1 fərd, 1928 - ci ildə P.Alekseyev tərəfindən Lənkəranda 1 fərd, 1929-cu ildə K.Predum tərəfindən Lənkəranda 2 fərd, A.V.Boqaçev tərəfindən Lənkəranda 2 fərd, V.Ulyanovtsev tərəfindən Bakıda 1 fərd, 1936-cı ildə A.V.Boqaçev tərəfindən Lənkəranda 8 fərd, 1948-ci ildə A.Axundova tərəfindən Bakıda 15 fərd, 1956-cı ildə N.H.Səmədov tərəfindən Astarada 1 fərd, 1958-ci ildə N.H.Səmədov tərəfindən Yardımlıda 3 fərd, 1967-ci ildə A.Axverdiyev tərəfindən Lənkəranda 1 fərd, 2003-cü ildə X.Ə.Əliyev tərəfindən Lənkəranda 1 fərd, 2008-ci ildə İ.Q.Kərimova tərəfindən Abşeronda 1 fərd, 2009-cu ildə X.Ə.Əliyev tərəfindən Abşeronda 1 fərd, 2011-ci ildə İ.Q.Kərimova tərəfindən Lənkəranda 2 fərd, 2012-ci ildə İ Q.Kərimova tərəfindən Zaqatalada 4 fərd, 2012-ci ildə N.Y.Sneqovaya tərəfindən Lənkəranda 1 fərd qeydə alınmışdır.[3]

Yarımnövləri

[redaktə | mənbəni redaktə et]
  • Morimus asper asper (Sulzer, 1767)
  • Morimus asper funereus Mulsant, 1863
  • Morimus asper ganglbaueri Reitter, 1884
  • Morimus asper verecundus (Faldermann, 1836)

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Meşələrin qırılması.

Qorunması üçün qəbul edilmiş tədbirlər

[redaktə | mənbəni redaktə et]

Heç bir tədbir görülməyib.

Qorunması üçün məsləhət görülmüş tədbirlər

[redaktə | mənbəni redaktə et]

Böcəyin yaşadığı ərazilərdə qurumuş ağaclar kəsilməməli, yarı çürümüş kötüklər ərazidən çıxarılmamalıdır. Orta məktəblərə şagirdlərin də qoruma tədbirlərinə qoşulmasından ötrü təbliğat işləri aparılmalıdır.

  1. Самедов Н.Г. Об охране некоторых групп и видов жесткокрылых Ленкоранской зоны Азербайджана. Об охране насекомых, Ереван, 1976, Изд.АН Армянской ССР, с. 103 - 107;
  2. "Biolib". 2020-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-24.
  3. Kərimova İ.Q. Abşeronda yayılmış uzunbığ böcəklər (Coleoptera,Cerambycidae) \\ Azərbaycan Zooloqlar Cəmiyyyətinin əsərləri, I cild, Bakı, Elm, 2008, s. 200 - 206;
  1. Kərimova İ.Q. Abşeronda yayılmış uzunbığ böcəklər (Coleoptera,Cerambycidae) \\ Azərbaycan Zooloqlar Cəmiyyyətinin əsərləri, I cild, Bakı, Elm, 2008, s. 200 - 206;
  2. Самедов Н.Г. Об охране некоторых групп и видов жесткокрылых Ленкоранской зоны Азербайджана. Об охране насекомых, Ереван, 1976, Изд.АН Армянской ССР, с. 103 - 107;
  3. Данилевский М.Л., Мирощников А.И., Жуки - дровосеки Кавказа (Coleoptera, Cerambycidae). Опеделитель. Краснодар, 1985, с. 94.
  4. Müller, Josef 1949: "I Coleotteri della Venezia Giulia. Catalogo ragionato, Vol. II: Coleoptera Phytophaga" Trieste Centro Sperimentale Agrario e Forestale publicazione n.4 1953.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]