Rəhilə Orucova
Rəhilə Orucova | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 sentyabr 1965 |
Doğum yeri | |
Vəfat tarixi | 11 may 1992 (26 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Dəfn tarixi | 13 may 1992 |
Vətəndaşlığı | |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Döyüşlər |
Rəhilə Əli qızı Orucova (25 sentyabr 1965, Göyçə mahalı – 11 may 1992, Şıxarx, Ağdərə rayonu) — Birinci Qarabağ müharibəsi iştirakçısı, şəhid. Şəhidlər Xiyabanında dəfn olunmuş ilk azərbaycanlı qadın döyüşçü.
Uşaqlıq dövrü və təhsili[redaktə | mənbəni redaktə et]
Rəhilə Orucova 1965-ci il sentyabrın 25-də Göyçə mahalında anadan olmuşdur. 1973-cü ildən 1978-ci ilədək Ağstafa rayonunda oxumuş, oradakı təhsilini bitirdikdən sonra 1979-cu ildən 1981-ci ilədək təhsilini 109 nömrəli məktəbdə davam etdirmişdir.[1][2][3]
1981-ci ildə 1 nömrəli Bakı Tibb məktəbinə daxil olmuş, texnukomu bitirdikdən sonra əvvəlcə Bakı Təcili Yardım xəstəxanasının reanimasiya şöbəsində, sonra isə Qədirli adına Baş Hövsə xəstəxanasında fəaliyyətə başlamışdır.[4]
Döyüş yolu[redaktə | mənbəni redaktə et]
Rəhilə Orucova Milli Orduya könüllü yazılmışdır. Ön cəbhədə həm könüllü tibb bacısı kimi, həm də sıravi əsgər kimi vuruşmuşdur. 1992-ci il mayın 11-də Ağdərə rayonunun Leninavan kəndi uğrunda döyüşdə şəhid olmuşdur.[4] May ayının 13-də Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Burada dəfn olunmuş ilk azərbaycanlı qadın döyüşçüdür.[5]
Xatirəsi[redaktə | mənbəni redaktə et]
1992-ci il sentyabr ayında 109 nömrəli məktəbə şəhid Rəhilə Orucovanın adı verilmişdir və həyətində büstü qoyulmuşdur.[4][6]
Nizami rayonunda adına bulaq var.[7]
Həmçinin bax[redaktə | mənbəni redaktə et]
İstinadlar[redaktə | mənbəni redaktə et]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ http://www.anl.az/down/meqale/az_azerbaycan/2020/noyabr/727976(meqale).pdf
- ↑ http://www.anl.az/down/meqale/turkustan/2020/noyabr/728811(meqale).pdf
- ↑ http://www.anl.az/down/meqale/adpu-tic/2020/01/793326(meqale).pdf
- ↑ 1 2 3 "Fəxrimiz". Bakimektebleri.edu.az. 2023-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-18.
- ↑ "Şəhidlər xiyabanının ilk döyüşçü qadını". Respublika-news.az. 2022-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-18.
- ↑ "İlham Əliyev Bakıdakı 109 nömrəli məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub". President.az. 2023-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-18.
- ↑ "Bakıda xanım şəhidimizin ruhuna hörmətsizlik (FOTO)". BAKU.WS – Azərbaycanın xəbər saytı (rus). İstifadə tarixi: 2024-02-24.
Xarici keçidlər[redaktə | mənbəni redaktə et]
- 25 sentyabrda doğulanlar
- 1965-ci ildə doğulanlar
- Göyçədə doğulanlar
- 11 mayda vəfat edənlər
- 1992-ci ildə vəfat edənlər
- 26 yaşında vəfat edənlər
- Ağdərə rayonunda vəfat edənlər
- Şəhidlər Xiyabanında dəfn olunanlar (Bakı)
- Əlifba sırasına görə hərbi xadimlər
- Qadın döyüşçülər
- Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları
- Birinci Qarabağ müharibəsində həlak olanlar
- Ermənistan azərbaycanlıları
- Tibb bacıları