Qara uzunbığ
Qara uzunbığ | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinif: Ranqsız: Yarımsinif: Budaq: İnfrasinif: Ranqsız: Dəstə: ???: Qara uzunbığ |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Qara uzunbığ (lat. Morimus asper) — sərtqanadlılar dəstəsinin uzunbığlar fəsiləsinə aid böcək növü. Təhlükə həddinə (VU) yaxınlaşır, yaxın gələcəkdə təhlükəli vəziyyətə düşə bilər.
Təsviri
[redaktə | mənbəni redaktə et]Bədəni qara rəngdə olub, 16–38 mm uzunluqdadır. Qanad üstlükləri və ön döşün üzəri dənəvərdir. Qanadüstlüklərin üzərində qara ləkələr vardır.[1]
Yayılması
[redaktə | mənbəni redaktə et]Krım, Qafqaz, Cənubi Qafqaz; Türkiyə, Şimali İranda rast gəlinir. Azərbaycanda Bakı, Abşeron, Zaqatala, Lənkəran, Astara və Yardımlı rayonlarında rast gəlinir. Ölkəmizdə bu böcəyin Morimus vercundus yarımnövü yayılmışdır.
Həyat tərzi
[redaktə | mənbəni redaktə et]Sürfələr müxtəlif enliyarpaqlı və iynəyarpaqlı ağacların oduncağı və qabığı altında yaşayırlar. Puplaşma yazda və yayda baş verir. Generasiya 2 ildən az deyildir. İmaqo apreldə və sentyabrda təbiətdə görünür.[2]
Sayı
[redaktə | mənbəni redaktə et]1925-ci ildə V.Nazarov tərəfindən Lənkəranda 1 fərd, 1928 - ci ildə P.Alekseyev tərəfindən Lənkəranda 1 fərd, 1929-cu ildə K.Predum tərəfindən Lənkəranda 2 fərd, A.V.Boqaçev tərəfindən Lənkəranda 2 fərd, V.Ulyanovtsev tərəfindən Bakıda 1 fərd, 1936-cı ildə A.V.Boqaçev tərəfindən Lənkəranda 8 fərd, 1948-ci ildə A.Axundova tərəfindən Bakıda 15 fərd, 1956-cı ildə N.H.Səmədov tərəfindən Astarada 1 fərd, 1958-ci ildə N.H.Səmədov tərəfindən Yardımlıda 3 fərd, 1967-ci ildə A.Axverdiyev tərəfindən Lənkəranda 1 fərd, 2003-cü ildə X.Ə.Əliyev tərəfindən Lənkəranda 1 fərd, 2008-ci ildə İ.Q.Kərimova tərəfindən Abşeronda 1 fərd, 2009-cu ildə X.Ə.Əliyev tərəfindən Abşeronda 1 fərd, 2011-ci ildə İ.Q.Kərimova tərəfindən Lənkəranda 2 fərd, 2012-ci ildə İ Q.Kərimova tərəfindən Zaqatalada 4 fərd, 2012-ci ildə N.Y.Sneqovaya tərəfindən Lənkəranda 1 fərd qeydə alınmışdır.[3]
Yarımnövləri
[redaktə | mənbəni redaktə et]- Morimus asper asper (Sulzer, 1767)
- Morimus asper funereus Mulsant, 1863
- Morimus asper ganglbaueri Reitter, 1884
- Morimus asper verecundus (Faldermann, 1836)
Məhdudlaşdırıcı amillər
[redaktə | mənbəni redaktə et]Meşələrin qırılması.
Qorunması üçün qəbul edilmiş tədbirlər
[redaktə | mənbəni redaktə et]Heç bir tədbir görülməyib.
Qorunması üçün məsləhət görülmüş tədbirlər
[redaktə | mənbəni redaktə et]Böcəyin yaşadığı ərazilərdə qurumuş ağaclar kəsilməməli, yarı çürümüş kötüklər ərazidən çıxarılmamalıdır. Orta məktəblərə şagirdlərin də qoruma tədbirlərinə qoşulmasından ötrü təbliğat işləri aparılmalıdır.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Самедов Н.Г. Об охране некоторых групп и видов жесткокрылых Ленкоранской зоны Азербайджана. Об охране насекомых, Ереван, 1976, Изд.АН Армянской ССР, с. 103 - 107;
- ↑ "Biolib". 2020-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-24.
- ↑ Kərimova İ.Q. Abşeronda yayılmış uzunbığ böcəklər (Coleoptera,Cerambycidae) \\ Azərbaycan Zooloqlar Cəmiyyyətinin əsərləri, I cild, Bakı, Elm, 2008, s. 200 - 206;
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Kərimova İ.Q. Abşeronda yayılmış uzunbığ böcəklər (Coleoptera,Cerambycidae) \\ Azərbaycan Zooloqlar Cəmiyyyətinin əsərləri, I cild, Bakı, Elm, 2008, s. 200 - 206;
- Самедов Н.Г. Об охране некоторых групп и видов жесткокрылых Ленкоранской зоны Азербайджана. Об охране насекомых, Ереван, 1976, Изд.АН Армянской ССР, с. 103 - 107;
- Данилевский М.Л., Мирощников А.И., Жуки - дровосеки Кавказа (Coleoptera, Cerambycidae). Опеделитель. Краснодар, 1985, с. 94.
- Müller, Josef 1949: "I Coleotteri della Venezia Giulia. Catalogo ragionato, Vol. II: Coleoptera Phytophaga" Trieste Centro Sperimentale Agrario e Forestale publicazione n.4 1953.