İstisu (Masallı)
İstisu — Masallı rayonunda yerləşən sanatoriya, tam adı - İstisu "Fatimeyi-Zəhra" Şəfa Sanatoriyasıdır.
İstisu "Fatimeyi-Zəhra" Şəfa Sanatoriyası həm Masallı şəhərindən 13 kilometr aralıda, dəniz səviyyəsindən 1650 metr yüksəklikdə qərar tutmuş Dəmbəlov dağının döşündə, Viləş çayının sahilində yerləşir. Tərkibində hidrogen-sulfid, natrium-xlor kalsium, maqnezium-hidrokarbonat və hər litrində 30 milliqram yod var. Yerin çox dərin qatlarından 60 dərəcədən də yuxarı isti halda məhlul çıxır. Bu məhlul xəstəlikləri dava-dərmansız sağaldır. Qədim dövrlərdən yerli sakinlər bu sudan müalicə kimi istifadə ediblər.
Sanatoriyanın yaranma tarixi
[redaktə | mənbəni redaktə et]İstisuyin həqiqətən də müalicəvi olmasını XX əsrin 60-ci illərində Masallıdan olan həkim-alim, şair-bəstəkar Mirkazım Aslanlı-Sarəng sübut etmişdir.
O vaxtlar alimin kəşfi böyük maraq doğurub və Sovet İttifaqının ayrı-ayrı yerlərindən 12 alim İstisu məkanına gələrək əlavə tədqiqat aparıb və kəşfi təsdiqləyiblər. Heydər Əliyev Azərbaycan KP MK-nın 1-ci katibi olan zaman – 1971-ci ildə, Masallı istisuyu xüsusi əhəmiyyətli ümumittifaq müalicəvi kurort sanatoriyası adını alıb.
İstisu "Fatimeyi-Zəhra" Şəfa Sanatoriyası Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən rəsmi lisenziyaya malikdir.
Istisuyun müalicəvi əhəmiyyəti
[redaktə | mənbəni redaktə et]Yardımlı yolundan baxanda qarşı dağın qoynundakı Istisu şəfa ocağı yığcam, müasir bir düşərgəni xatırladır. Istisu sanatoriyasında eyni vaxtda 200-dək adamı qəbul etmək və xidmətində durmaq mümkündür. Sanatoriyaya, hətta xaricdən də insanlar müalicəyə gəlirlər.
Mirkazım Aslanlı-Sarəng elmi əsaslarla sübut edib ki, Dəmbəlov dağının döşündən çıxan isti su ilə revmatizm, oynaq ağrıları, artroz kimi fəsadları, pisarioz, germatit, neyrodermit, göbələk xəstəliyi, ekzema, böyrək və sidik yolları xəstəlikləri – pielit, uretrit, piolonefrit, habelə radikulit, prostatit, hipertoniya, qara ciyər xəstəlikləri və öd xəstəlikləri, qadın xəstəlikləri, mədə-bağırsaq ağrıları, travmatik ağrılar müalicə oluna bilər.
Istisu sanatoriyasının bərpası
[redaktə | mənbəni redaktə et]XX əsrin 90-cı illərinin əvvəllərindən İstisu sanatoriyası baxımsızlıq üzündən bərbad hala düşmüşdü. "Kurort və sanatoriyaların özəlləşdirilməsi haqqında" fərmana əsasən 1997-ci ildə iş adamı İldırım Allahyarov sanatoriyaya qanuni sahib çıxdı.
2004-cü il fevralın 11-də Prezident İlham Əliyevin imzaladığı Dövlət Proqramı ilə bağlı İstisu sanatoriyasının da əsaslı təmiri nəzərdə tutulmuşdu.[1]