Dəmbəlov

DəmbəlovAzərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd.[1]

Dəmbəlov
38°58′34″ şm. e. 48°32′11″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Masallı rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 82 (2009) nəfər
Xəritəni göstər/gizlə
Dəmbəlov xəritədə
Dəmbəlov
Dəmbəlov

Əhalisi 82 nəfərdir.[2]

Yerli əhali oykonimi Dəmbolovu kimi tələffüz edir. Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Cənubi Azərbaycandan gəlmiş kalışların (talışların qolu) Dəmbəlovu adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Oykonim talış dilindəki dəmbo (xoş iy), lev (kənar) və ov (su) sözlərindən ibarət olub, "xoş iyli su kənarı" kimi izah olunur. Kəndin adı, sözsüz ki, ərazidəki istiliyi 50 dərəcə olan bulaqla bağlıdır. Oykonimi "yerdən qaynayıb çıxan su kənarı" kimi də izah etmək olar. [3]

  1. Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
  2. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
  3. ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh. 236.