Ağa Laçınlı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ağa Laçınlı
Doğum adı Ağa Əliyev
Doğum tarixi 5 may 1940(1940-05-05)
Doğum yeri
Vəfat tarixi 25 noyabr 2007(2007-11-25) (67 yaşında)
Vəfat yeri
Milliyyəti azərbaycanlı
Uşaqları
Fəaliyyəti alim

Ağa Əliqəmə oğlu Əliyev (Ağa Laçınlı; 5 may 1940, Oğuldərə, Laçın rayonu25 noyabr 2007, Bakı) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1969), filologiya elmləri namizədi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Ağa Laçınlı 1940-cı il may ayının 5-də Laçın rayonunun Oğuldərə kəndində anadan olub. 1963–1966-cı illərdə Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitunun poeziya fakültəsində təhsil alıb.

1966–1969-cu illərdə "Ədəbiyyat və incəsənət" qəzetinin şeir şöbəsində ədəbi işçi vəzifəsində çalışıb. 1969–1971-ci illərdə Yazıçılar İttifaqının Natəvan klubunun müdiri olub.

Ədəbi fəaliyyətə 1958-ci ildə Ağdam rayonunun "Lenin yolu" qəzetində çap olunan "Çoban" şeiri ilə başlayıb. 1966-cı ildə "Ümid" adlı ilk kitabı işıq üzü görüb. Sonralar "Sakitlik", "Sirli-soraqlı dağlar", "Aşırımlar qarşısında", "Vaxt yetişəndə", "Sevgimizlə sevindirək", "Meşə nəğməsi", "Gecə yuxusu", "Alın yazımız" və s. kitabları çapdan çıxıb.

Ağa Laçınlı 1970-ci ildən Bakı Dövlət Universitetində çalışıb, "Dünya ədəbiyyatı" kafedrasının dosenti olub. 1980-ci ildə "Azərbaycan bayatılarının bədii xüsusiyyətləri" adlı namizədlik dissertasiyası müdafiə edərək alimlik dərəcəsi adına layiq görülüb. "Homer dastanlarında türkçülük" adlı doktorluq dissertasiyasını yekunlaşdırmışdı. Antik Yunan ədəbiyyatı üzrə mütəxəssis olan Ağa Laçınlı qədim şumer, antik yunan, qədim Roma, Çin, hind, eləcə də polyak, rus, vyetnam, slovak, yapon, koreya, argentina və başqa xalqların klassik poeziyasından seçmələri dilimizə çevirib.

1967–2006-cı illərdə işlədiyi filologiya fakültəsində ədəbiyyat dərnəyinə başçılıq edib. Türkiyə, Rusiya, Latviya, Litva, Estoniya, Gürcüstan və başqa ölkələrdə Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, elminə dair mühazirələr oxuyub.

Ağa Laçınlının əsərləri Rusiyada, Fransada, Türkiyədə, ABŞ-də, Çində, Hindistanda, Polşada, Ukraynada, Belarusda, Gürcüstanda, Bolqarıstanda, İraqda və s. ölkələrdə çap edilib.

Ağa Laçınlı 2007-ci il noyabrın 25-də[1] Bakı şəhərində ölüb.

Kitabları[redaktə | mənbəni redaktə et]

  1. Ümid. Bakı: Azərnəşr, 1966, 30 səh.
  2. Sakitlik. Bakı: Azərnəşr, 1970, 60 səh.
  3. Sirli-soraqlı dağlar. Bakı: Gənclik, 1971, 60 səh.
  4. Torpağın gücü. Bakı: Gənclik, 1973, 101 səh.
  5. Ana duyğusu. Bakı: Gənclik, 1976, 134 səh.
  6. Aşırımlar qarşısında. Bakı: Yazıçı, 1978, 132 səh.
  7. Vaxt yetişəndə. Bakı: Gənclik, 1980, 112 səh.
  8. Sevgimizlə sevindirək. Bakı: Yazıçı, 1981, 152 səh.
  9. Meşə nəğməsi. Bakı: Gənclik, 1985, 142 səh.
  10. Gecə yuxusu. Bakı: Yazıçı, 1986, 150 səh.
  11. Homer. Bakı: ADU-nəşr, 1989, 45 səh.
  12. Alın yazımız. Bakı: Yazıçı, 1992, 120 səh.

Elmi əsərləri[redaktə | mənbəni redaktə et]

  • "Azərbaycan bayatılarının bədii xüsusiyyətləri"
  • "Homer dastanlarında türkçülük"

Mənbə[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Ağa Laçınlının 70 illik yubileyi qeyd olunub". 2024-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-07.
  2. ŞAİR AĞA LAÇINLININ ANIM GECƏSİ KEÇİRİLMİŞDİR
  3. "AĞA LAÇINLININ OĞLU "VARİS"də". 2024-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-07.
  4. "Azər Qaraçənlinin kitabını nədən bəyəndim". 2021-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-07.