Artse
Artse (erm. Արծն; yun. Ἄρτζε) — X–XI əsrlərdə şərqi Anadoluda mövcud olmuş tarixi şəhər.
Tarixi[redaktə | mənbəni redaktə et]
Artse Bizans imperiyasının Feodosipol şəhərinin 55 kilometr (34 mil) şərqində, Basiani vilayəti daxilində, Ermənistan və İberiya ilə olan sərhəddə, Araz çayının sol sahilində yerləşirdi.[1] Şəhərin adı Eskorial taktikası (təq. 971/975-ci il) əsərində Bizans strateqinin yeri olaraq qeyd edilir.[2] Şəhər 979-cu ildə Barda Sklirin üsyançı ordusunun Pankaliya döyüşündə məğlub edilməsində kömək etdiyinə görə III David Kuropalata verilmişdir. Buna baxmayaraq, III Davidin ölümündən sonra[3] şəhər 1000-ci ildə İberiya katepanlığının bir parçası olmuşdur.[4]
Şəhər haqqındakı məlumat Siciliyalı İohannın yazılarındandır. O, qeyd edir ki, Artse Suriya, Ermənistan və başqa yerlərdən tacirləri cəlb edən böyük bir ticarət mərkəzi idi.[5] Şəhər 1048-ci və ya 1049-cu ildə səlcuq türkləri tərəfindən ələ keçirilmişdir. Müasir tarixşünaslar ehtimal edir ki, şəhərin talan edilməsilə 150.000 insan qılıncdan keçirilmişdir.[6][7] Şəhərin sağ qalan sakinləri Feodosipol şəhərinə köçür.[8]
Mənbə[redaktə | mənbəni redaktə et]
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ Okonomides, 1972. səh. 363
- ↑ Okonomides, 1972. səh. 269
- ↑ Okonomides, 1972. səh. 260
- ↑ Kühn, 1991. səh. 187–188
- ↑ ODB, "Artze" (A. Kazhdan), p. 202
- ↑ Norviç, 1991. səh. 314
- ↑ Kurkciyan, 1964. səh. 207
- ↑ ODB, "Artze" (A. Kazhdan), p. 202; "Theodosioupolis" (N. G. Garsoïan), p. 2054
Ədəbiyyat[redaktə | mənbəni redaktə et]
- Kacan, Aleksandr, redaktorThe Oxford Dictionary of Byzantium. Oxford and New York: Oxford University Press. 1991. ISBN 0-19-504652-8.
- Kühn, Hans-Yoakim. Die byzantinische Armee im 10. und 11. Jahrhundert: Studien zur Organisation der Tagmata (alman). Vyana: Fassbaender Verlag. 1991. ISBN 3-9005-38-23-9.
- Okonimides, Nikolas. Les listes de préséance byzantines des IXe et Xe siècles (fransız). Paris. 1972.
- Kurkciyan, Vahan M. A History of Armenia (ingilis). Nyu-York: Armenian General Benevolent Union of America. 1964 [1958]. OCLC 889896040.
- Norviç, Con. Byzantium: the Apogee (ingilis). London: Penguin. 1991. ISBN 978-0-670-80252-4.