Artse

Artse (erm. Արծն; yun. Ἄρτζε) — X–XI əsrlərdə şərqi Anadoluda mövcud olmuş tarixi şəhər.

Artse Bizans imperiyasının Feodosipol şəhərinin 55 kilometr (34 mil) şərqində, Basiani vilayəti daxilində, Ermənistanİberiya ilə olan sərhəddə, Araz çayının sol sahilində yerləşirdi.[1] Şəhərin adı Eskorial taktikası (təq. 971/975-ci il) əsərində Bizans strateqinin yeri olaraq qeyd edilir.[2] Şəhər 979-cu ildə Barda Sklirin üsyançı ordusunun Pankaliya döyüşündə məğlub edilməsində kömək etdiyinə görə III David Kuropalata verilmişdir. Buna baxmayaraq, III Davidin ölümündən sonra[3] şəhər 1000-ci ildə İberiya katepanlığının bir parçası olmuşdur.[4]

Şəhər haqqındakı məlumat Siciliyalı İohannın yazılarındandır. O, qeyd edir ki, Artse Suriya, Ermənistan və başqa yerlərdən tacirləri cəlb edən böyük bir ticarət mərkəzi idi.[5] Şəhər 1048-ci və ya 1049-cu ildə səlcuq türkləri tərəfindən ələ keçirilmişdir. Müasir tarixşünaslar ehtimal edir ki, şəhərin talan edilməsilə 150.000 insan qılıncdan keçirilmişdir.[6][7] Şəhərin sağ qalan sakinləri Feodosipol şəhərinə köçür.[8]

  1. Okonomides, 1972. səh. 363
  2. Okonomides, 1972. səh. 269
  3. Okonomides, 1972. səh. 260
  4. Kühn, 1991. səh. 187–188
  5. ODB, "Artze" (A. Kazhdan), p. 202
  6. Norviç, 1991. səh. 314
  7. Kurkciyan, 1964. səh. 207
  8. ODB, "Artze" (A. Kazhdan), p. 202; "Theodosioupolis" (N. G. Garsoïan), p. 2054
  • Kacan, Aleksandr, redaktorThe Oxford Dictionary of Byzantium. Oxford and New York: Oxford University Press. 1991. ISBN 0-19-504652-8.