Bəybala bəy Sultanov

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Bəybala bəy Sultanov
Şəxsi məlumatlar
Doğum tarixi 10 (22) mart 1879
Doğum yeri
Vəfat tarixi 20 mart 1918(1918-03-20) (38 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bəybala bəy Sultanov (10 (22) mart 1879, Axtı20 mart 1918, Bakı) — Rusiya imperiyası II Dövlət Dumasının Müsəlman fraksiyasının üzvü.

Həyatı, təhsili və peşəsi

[redaktə | mənbəni redaktə et]

10 mart 1879-cu ildə Məlik bəy Sultanovun ailəsində doğulub, ləzgi və müsəlman idi. Moskva universiteti Tibb fakültəsini bitirmişdi. 1902–1905-ci illərdə Kürə dairəsində rayon həkimi[1], 1909–1910-cu ildə Qayakənd kənd həkimi işləmişdir.[2] 1914–1918-ci illərdə Bakı şəhər Mixaylovskaya xəstəxanasının 1 saylı klinikasında (indiki Hacı Qasımov adına 1 saylı doğum evi) işləmişdir.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

6 fevral 1907-ci ildə Rusiya imperiyası II Dövlət Dumasına seçilmişdir. İctimai təhsil və aqrar komissiyalarının üzvü idi.

Mart soyqırımı zamanı Stepan Lalayan tərəfindən öldürülmüşdür.

Atası Məlik bəy Sultanov dvoryan sinfinə mənsub idi. Bəybala bəy kumık əsilli Umay Hacıyeva ilə evlənmiş, Məhəmməd-Mirzə adlı oğlu olmuşdu.[3]

  1. "Кавказский календарь на 1903 год", Тифлис, 1902 г. Стр. 222.
  2. "Кавказский календарь на 1910 год", Тифлис, 1909 г. Стр. 364.
  3. "Mart soyqırımı sənədləri". 2014-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-02.