Cəngi (rəqs)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Cəngi
Tempi cəld
Mənşəyi türk

Cəngi rəqsi - Azərbaycan milli rəqsi.

Etimologiyası

Cəngi sözü irandilli xalqlarda - cəng sözü, savaş deməkdir. Cəngi adlı qəsəbə var. Bəzi mütəxəssislər "Cəngi" sözünün "zəngi"dən törəməsini deyirlər. Zəngi əski Oğuz türk tayfaları olub: "Zəngilan", "Zəngibasar" toponimləri bu tayfalarla bağlıdır.

Tarixçə

"Cəngi" cəngavərlik yerişini, meydan oxumanı, döyüşə çağırışı ifadə edir. "Cəngi"nin yaranma tarixi çox qədimdir. Azərbaycan ərazisində Cəngi adlanan ərazi də var: Şamaxı rayonunda (indiki Qobustan rayonunun ərazisi). Qədim oğuz tayfalarında qəbilələr arasında döyüş, güləş zamanı, yarışlarda, hərbi mərasimlərdə Cəngidən istifadə edilirdi. Bir çox aşıq melodiyaları kimi, bu da Şur muğam ladındadır (kökündədir); ölçüsü 2/4–dir. Cəngi pəhləvanlar yarışında da (pəhləvani), cıdır düzündə də çalınır.[1][2]

Xarakter cəhətdən eyni olan "Qaytağı", "Halay" kimi musiqi əsərləri qrupundandır. Bir qayda olaraq zurnaçılar dəstəsi tərəfindən ifa olunur [3]. "Koroğlu" dastanında Cəngi havasına çox geniş yer verilib: Cəngi Koroğlu, Misri Koroğlu.

Cəngi bəstəkar musiqisində

İlk dəfə Üzeyir Hacıbəyovun "Koroğlu" operasına daxil etdiyi cəngidən sonralar digər bəstəkarlar da istifadə ediblər (Soltan Hacıbəyov, Aqşin Əlizadə, Süleyman Ələsgərov və s.), xüsusilə İkinci dünya müharibəsi ayrıca musiqi pyesi şəklində rəngarəng cəngilər yaradılıb.

Bəstəkar cəngiləri

İstinadlar

  1. Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti - Cəngi Arxivləşdirilib 2022-03-16 at the Wayback Machine
  2. Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti - Şur Arxivləşdirilib 2020-11-14 at the Wayback Machine
  3. Əliqızı Sevda. Hekayətli musiqi lüğəti - Cəngi Arxivləşdirilib 2021-07-27 at the Wayback Machine
  4. "Azərbaycanın epistolyar irsi - Süleyman Ələsgərov". 2021-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-17. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  5. İmruz Əfəndiyeva. Vasif Adıgözəlovun yaradıcılığının üslub xüsusiyyətləri Arxivləşdirilib 2020-11-09 at the Wayback Machine. "Musiqi dünyası" jurnalı.

Xarici keçidlər

Həmçinin bax