Cəngi rəqsi - Azərbaycan milli rəqsi.
Cəngi | |
---|---|
Tempi | cəld |
Mənşəyi | türk |
Azərbaycan döyüş sənətləri və oyunları |
---|
Zorxana |
Azərbaycan milli güləşi |
Oxatma |
Döyüş oyunları |
Döyüş musiqisi |
Şəxslər |
Cəngi sözü irandilli xalqlarda - cəng sözü, savaş deməkdir. Cəngi adlı qəsəbə var. Bəzi mütəxəssislər "Cəngi" sözünün "zəngi"dən törəməsini deyirlər. Zəngi əski Oğuz türk tayfaları olub: "Zəngilan", "Zəngibasar" toponimləri bu tayfalarla bağlıdır.
"Cəngi" cəngavərlik yerişini, meydan oxumanı, döyüşə çağırışı ifadə edir. "Cəngi"nin yaranma tarixi çox qədimdir. Azərbaycan ərazisində Cəngi adlanan ərazi də var: Şamaxı rayonunda (indiki Qobustan rayonunun ərazisi). Qədim oğuz tayfalarında qəbilələr arasında döyüş, güləş zamanı, yarışlarda, hərbi mərasimlərdə Cəngidən istifadə edilirdi. Bir çox aşıq melodiyaları kimi, bu da Şur muğam ladındadır (kökündədir); ölçüsü 2/4–dir. Cəngi pəhləvanlar yarışında da (pəhləvani), cıdır düzündə də çalınır.[1][2]
Xarakter cəhətdən eyni olan "Qaytağı", "Halay" kimi musiqi əsərləri qrupundandır. Bir qayda olaraq zurnaçılar dəstəsi tərəfindən ifa olunur [3]. "Koroğlu" dastanında Cəngi havasına çox geniş yer verilib: Cəngi Koroğlu, Misri Koroğlu.
İlk dəfə Üzeyir Hacıbəyovun "Koroğlu" operasına daxil etdiyi cəngidən sonralar digər bəstəkarlar da istifadə ediblər (Soltan Hacıbəyov, Aqşin Əlizadə, Süleyman Ələsgərov və s.), xüsusilə İkinci dünya müharibəsi ayrıca musiqi pyesi şəklində rəngarəng cəngilər yaradılıb.
Rəqs haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |