Həbib Fətəliyev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Həbib Fətəliyev
bayraq
Azərbaycan SSR yerli sənaye naziri
bayraq2
17 aprel 1987 – 16 iyun 1989
ƏvvəlkiSənan Axundov
SonrakıAğababa Abdullayev
bayraq
Azərbaycan Kommunist Partiyası Nizami Rayon Komitəsinin birinci katibi
bayraq2
1980 – 1987
Şəxsi məlumatlar
Doğum tarixi 7 aprel 1942(1942-04-07)
Doğum yeri
Vəfat tarixi 20 aprel 1999(1999-04-20) (57 yaşında)
Vəfat yeri
Partiya
Təhsili

Təltifləri "Xalqlar dostluğu" ordeni

Həbib Sadıq oğlu Fətəliyev (7 aprel 1942, Göyçay20 aprel 1999, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR yerli sənaye naziri (1987–1989), Azərbaycan Kommunist Partiyası Nizami Rayon Komitəsinin birinci katibi (1980–1987), Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatı.

Həyatı[redaktə | mənbəni redaktə et]

Həbib Sadıq oğlu Fətəliyev 7 aprel 1942-ci ildə Göyçay şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuşdur.[1] Sonralar isə Bakı Ali Partiya Məktəbini bitirmişdir.[2]

1957-ci ildən xəstəxanada sanitar, "Azərneftdövlətlayihə" İnstitutunda çertyojçu, texnik, bir sıra müəssisələrdə mühəndis-konstruktor, böyük mühəndis işləmişdir. 1965-ci ildən Yusif Qasımov adına maşınqayırma zavodunda sexin mühəndis-texnoloqu, böyük mühəndis texnoloqu, zavodun baş konstruktoru, "Bolşevik" zavodu direktorunun müavini və direktoru, eləcə də Y. Qasımov adına zavodun direktoru işləmişdir.[2] 1975–1977-ci illərdə Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin sənaye və nəqliyyat şöbəsi rəisinin müavini, 1977–1980-ci illərdə Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin müavini vəzifələrində işləmiş, 1980-ci ildə isə Azərbaycan Kommunist Partiyası Nizami Rayon Komitəsinin birinci katibi təyin edilmişdir.[1]

Həbib Fətəliyev 1987–1989-cu illərdə Azərbaycan SSR yerli sənaye naziri, 1989–1991-ci illərdə Azərbaycan Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində təlimatçı, 1991–1999-cu illərdə isə Bakı Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifələrində çalışmışdır.[1]

Həbib Fətəliyev 1963-cü ildən Sov.İKP üzvü olmuşdur. Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatı seçilmişdir.[2]

Həbib Fətəliyev 20 aprel 1999-cu ildə Bakıda vəfat etmişdir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 Həbib Sadıq oğlu Fətəliyev // Göyçay rayon MKS. 29 avqust 2016. 2020-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyun 2022.
  2. 1 2 3 Фәтәлијев Һәбиб Садыг оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Он биринҹи чағырыш. Бакы: Азәрбајҹан ССР Али Совети Рәјасәт Һеј'әтинин нәшри. 1985. С. 386.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]