Müşfiq Borçalı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Müşfiq Borçalı
Doğum tarixi 22 yanvar 1970(1970-01-22) (54 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti jurnalist

Çobanov Müşfiq Mədəd oğlu (22 yanvar 1970, Darbaz, Bolnisi rayonu) — Azərbaycan alimi, jurnalisti və universitet müəllimi. Azərbaycan Yazıçılar Birliyinin (1997) və Azərbaycan Jurnalistlər Birliyinin (1998) üzvü, filologiya üzrə fəlsəfə doktoru (2016), "Abdulla Şaiq", "Nəriman Nərimanov" və "Qızıl Qələm" mükafatları laureatıdır.[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

Müşfiq Bor­ça­lı (Müşviq Mədəd oğlu Ço­ba­nov) - 22 yanvar 1970-ci ildə qədim Borçalı mahalında – indiki Gürcüstanın Bolnisi rayonundakı Darbaz kəndində anadan olub. 1986-cı ildə Darbaz kənd orta məktəbini – Gürcüstan Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə bitirib və elə həmin il A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun rus filologiyası fakültəsinin Azərbaycan bölməsinə daxil olub.[2]

O, eyni zamanda TDPİ-nin ictimai peşələr fakültəsində jurnalistika ixtisası üzrə təhsil alıb.

1988-1989-cu illərdə hərbi xidmət borcunu yerinə yetirib.[3]

1990-cı ildə Bakıya köçüb və Nəsirəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsilini davam etdirib.

1992-ci ildə ADPU-nun filologiya fakültəsini Fərqlənmə diplomu ilə bitirib.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Əvvəlcə "Ziya" qəzetinin müxbiri, bir az sonra məsul katib, daha sonra isə ədəbi redaktor vəzifələrinə təyin olunub.

1993-cü ildən "Təhsil" qəzetinin baş redaktoru, 1995-ci ildən "Azad Azərbaycan", "Şərqin səsi", "Elm və Təhsil" qəzetlərinin baş redaktoru vəzifələrinə çalışıb.

Eyni zamanda, AzTV-nin "Xalq yaradıcılığı" redaksiyasının redaktoru vəzifəsində çalışıb. AzTV-də yayımlanan "Dastan", "Yazı", "Sazın-sözün sehri", "Aşıq Pəri Məclisi", "Borçalı elləri" və s. verilişlərin ssenari müəllifi və redaktoru olub.

Ssenari müəllifi və ya redaktoru olduğu filmlər arasında -

"ŞƏRƏFLİ ÖMÜR YOLU" [4](İsmayıl Ömərov - 70. Ssenari müəllifi: Müşfiq Borçalı, redaktoru: Anar Yusifoğlu, Rejissoru: Nərminə Əsədova, Montajçı: Elmir Nağıyev);

"DANIŞAN QAYALAR" [5](Qobustan qayaları haqqında sənədli film - Layihə rəhbəri: Cavanşir Qurbanov; Ssenari müəllifi: Müşfiq Borçalı; Rejissoru: Günay Novruz; Redaktoru isə Müşfiq Cabiroğludur),

"CƏSUR KƏŞFİYYATÇI" [6] ("Vetenim.İnfo” MMC tərəfindən hazırlanmış filmin redaktoru Müşfiq Borçalı, ssenari müəllifi Günay Novruz, rejissoru isə İsrafil Xanlarovdur.) və s. tamaşaçılar tərəfindən xüsusilə böyük maraqla qarşılanmışdır.

Hazırda Azərbaycan Respublikasi "Təhsil" Elm-İstehsalat Mərkəzinin və "Borçalı" Nəşriyyat-Poliqrafiya müəssisəsinin təsisçisi və Baş direktoru, "Ziya" qezetinin, ZiM.Az və ziya.info.az saytlarının Bas redaktorudur.[7]

Eyni zamanda, AzTU-nun "Azərbaycan dili və pedaqogika" kafedrasında pedaqoji fəaliyyətlə də məşqul olur, bakalavrlara "Azərbaycan dili" və "Nitq mədəniyyəti" fənlərini, maqistrlərə isə "Pedaqogika" fənnlərini tədris edir.

1993-cü ildə Azərbaycan MEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı qəbul olunub və elə həmin il Elmi Şuranın qərarı ılə "Gürcüstanda nəşr olunan Azərbaycan mətbuatında ədəbiyyat məsələləri" mövzusunda namizədlik dissertasiyası təsdiq olunub.

2016-cı il noyabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnsti­tu­tunun Elektron Akt za­lında həmin elm müəssisəsinin Filologiya elmləri doktoru və filo­lo­giya üzrə fəlsəfə dok­to­ru elmi də­rə­cəsi almaq üçün təqdim olunan disser­ta­si­ya­la­rın müdafiəsini ke­çirən D.01.131 - Dissertasiya Şu­ra­­sının növbəti iclasında AMEA-nın vitse-prezi­denti, Ni­za­mi adına Ədəbiyyat İnstitutunun direktoru, aka­demik, Milli Məc­lisin Elm və Təhsil Komitəsinin sədri İsa Əkbər oğ­lu Həbibbəylinin elmi rəhbərliyi ilə "Gür­cüstanda Azərbaycan Ədə­biyyatının in­kişaf meyilləri (1960-2010)" mövzu­sun­da yaz­dığı disser­tasiya işini uğurla müdafiə edib, ona Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.[8][9][10]

Azərbaycan Respublikası Milli Məclisinin Təhsil və Mətbuat haqqında qanunlar hazırlayan işçi qruplarının üzvü olmuş və qanunların hazırlanmasında yaxından iştirak etmişdir.

Azərbaycan Gənclərinin, Azərbaycan Müəllimlərinin və Azərbaycan Jurnalistlərinin qurultaylarının nümayəndəsi olmuşdur.

"Abdulla Şaiq", "Nəriman Nərimanov", "Qızıl Qələm", "Zirvə", "Zəfər" və s. mükafatların laureatıdır.

Dəfələrlə Fəxri Fərman, Fəxri diplom və müxtəlif mükafatlarla təltif olunub.

O cümlədən, Azərbaycan Respublikasi Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyinin Diplom və sertifikatlarina layiq görülüb.

Kitabları[redaktə | mənbəni redaktə et]

  • Ağır elli Borçalı (Bakı,1990; Ərzurum, 1996)
  • Çağdaş Borçalı ədəbi məktəbi (Baki, "Azərbaycan" nəşriyyatı, 1994)
  • M.P.Vaqif və Gürcüstan (1995, 2017)
  • Bu Dostluğun yaşı çox (1996, 2014)
  • Azərbaycan şəxs adları (1995)
  • Məhəbbət həyatdır (Povestlər və hekayələr, 1995, 1996)
  • Gürcüstanda Azərbaycan mətbuatı (Bakı, 1997, Təbriz, 2011)
  • Borçalı aşıqları (İsmayıl Ömərovla həmmüəllif, Bakı,1998; Təbriz, 2008; Tehran, 2009)
  • "Ziya"dan "Çənlibel"ədək (1998)
  • Dədə Qorqud-1300 (1998, 2000)
  • Borçali şəhidləri (1996, 2000, 2010, 2020, 2024)
  • Borçalı ensiklopediyası-III c. "Borçalı ulduzları" (2002)
  • Borçalı ensiklopediyası-IV c. "Borçalı həkimləri" (2004)
  • Şairlər dünyanın söz Allahıdı (2009)
  • Dünyamalı Kərəmin poeziya yaradıcılığı (2010)
  • Aşıq Hüseyn Saraclı və onun yaylaq səfəri (2011)
  • Əkiz alim qardaşlar(Bakı, "Azərbaycan" nəşriyyatı, 2001, 2011)
  • Borcalının aqbirçək anası - şairə Mayqa Mətin (Bakı, 2013)
  • Bu Dostluğun yaşı çox!.. (2014)
  • M.Coşqunun poeziya yaradıcılığında özünəməxsusluq (Bakı, 2015, Tbilisi, 2016)
  • Butalar Butası Səadət Buta (Bakı, 2015, Tbilisi, 2016)
  • Sazlı-Sözlü Başkeçid (3 cilddə, 2015-2020) və s. kitabları işıq üzü görüb.
  • Bolnisi şəhidləri (Bakı, 2024)

Eyni zamanda, 5 cildlik "Zirvə" poeziya antologiyasının, "Sazlı-Sözlü Borçalı" ədəbi Məcmuəsinin, həmçinin bir çox almanax, toplu və s. kitabların Naşiri, tərtibçisi və redaktorudur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Xəlilzadə, Hacı. "Müşfiq Borçalı – Sözümüzün uğuru". QafqazTürk (az.). 2024-01-22. 2024-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-30.
  2. "Müşviq Borçalı". avciya.az. 2024-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024.04.30.
  3. admin. "Ulu Borçalının Ulu Oğlu!.. » Zirvə.info". Yurd.İnfo.AZ (az.). 2024-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-30.
  4. http://zim.az/tv/6344-smayil-mrov-70-rfl-mr-yolu.html (#bare_url_missing_title). 2024-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-10.
  5. http://zim.az/diger/qht/3268-danan-qayalar-filminin-tqdimat-olub.html (#bare_url_missing_title). 2024-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-10.
  6. https://web.archive.org/web/20240510202315/http://zim.az/azerbaycan/qarabaq/2918-csur-kfiyyat-filmi.html (#bare_url_missing_title). Archived from the original on 2024-05-10. İstifadə tarixi: 2024-05-10.
  7. "Haqqımızda -" (az.). 2024-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-16.
  8. "MÜŞFİQ BORÇALI ELMİ TƏDQİQAT İŞİNİ MÜDAFİƏ EDİB... TƏBRİK EDİRİK!." ZiM.Az | "ZİYA" İnformasiya Mərkəzi (rus). 2023-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-16.
  9. "MÜŞFİQ BORÇALI ELMİ TƏDQİQAT İŞİNİ MÜDAFİƏ EDİB… - BORCALİ.ORG". BORCALİ.ORG -. 2016-11-18. 2024-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-30.
  10. "Müşviq Mədəd oğlu Ço­ba­nov". literature.az. 2024-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-30.