Mister Olimpiya 1971

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mister Olimpiya 1971
at the 1971 Mr. Olympia
Mr.Olimpiya 1971-in qalibi Arnold Şvartsenegger
YerFransa
Tarix25 sentyabr
İştirakçılar1
Ümumi pul mükafatı1000
Medalçılar
gold medal 

Mister Olimpiya 1971Bodibildinq üzrə ən populyar yarışın sayca yeddincisi. Beynəlxalq Bodibildinq və Fitnes Federasiyasının[en] (IFBB) təşkilatçılığı ilə 1971-ci ilin 25 sentyabrında, ilk dəfə ABŞ-dan kənarda Fransada, Paris şəhərində keçirilmişdir.[1]

Nəticələr[redaktə | mənbəni redaktə et]

Bu ilki yarış bütün bodibildinq həvəskarlarını təəssüfləndirdi və ən maraqsız yarışlardan biri oldu. Buna səbəb yarışda iştirak edəcək dörd iştirakçıdan üçünün diskvalifasiya[en] olunması oldu. Səbəb isə Arnoldun ən güclü rəqibi Serjio Olivanın, eləcə də Franko Kolombo və Roy Kalendarın qeyri-rəsmi federasiya olan NABBA[en]-nın keçirdiyi "Mister Kainat və eyni gündə İFBB-nin keçirdiyi "Mister Kainat" yarışlarında iştirak etmələri oldu.[2] Bu hal bodibildinq tarixində bir ilk idi. İFBB bodibildinqin 1976-cı ildə keçiriləcək 1976 Yay Olimpiya Oyunlarına salınmasını əldə etmək üçün bu qaydanı tədbiq etmişdir.[3]

Yer Mükafat İştirakçı
1 1000 Arnold Şvartsenegger,  Avstriya
  • Bu Arnold Şvartseneggerinin Mister Olimpiyadada sayca ikinci qələbəsi idi. Baxmayaraq ki, Arnold bu qələbəni çox asanlıqla əldə etdi, ancaq bütün mütəxəssislərin fikirinə görə Arnold əslində özünün ən yaxşı formasında idi.
  • Yarışdan sonra Franko Kolomboya və Serjio Olivaya səhnəyə çıxaraq özlərini nümayiş etdirməyə icazə verilmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Merritt, Greg. "The 1971 Mr. Olympia". The Barbell (ingilis). 2023-03-15. 2023-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-03.
  2. "History of the Mr. Olympia - IFBB PRO" (ingilis). 2007-08-25. 2024-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-18.
  3. Muscle Builder magazine Vol 13, Num 3, Page 24. April 1972.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]