Mister Olimpiya 1965 — Bodibildinq üzrə ən populyar yarışın birincisi. Əsası Co Veyder tərəfindən qoyulmuş bu yarış 1965-ci ilin 18 sentyabrında Nyu-York şəhərində, Bruklin musiqi akademiyasının binasında keçirilmişdir.[1][2]
Mister Olimpiya 1965 at the 1965 Mr. Olympia | |||||||
---|---|---|---|---|---|---|---|
Yer | ABŞ | ||||||
Tarix | 18 sentyabr | ||||||
İştirakçılar | 3 | ||||||
Ümumi pul mükafatı | 1000 | ||||||
Medalçılar | |||||||
| |||||||
Bu yarışda Mister Kainat yarışının qalibləri iştirak edə bilərdi. 19 yaşlı Harold Pul Larri Skotu məğlub edərək 1963-cü ildə Mr. Kainat turnirində qalib gəlmişdi. Skot növbəti Mr. Kainat, Pul isə Mr. Amerika titulunu qazandı. 1965-ci ilin Mister Kainat yarışının qalibi isə Erl Meynard olmuşdu.
Yekunda 26 yaşlı Lari Skot ilk Mister Olimpiya yarışının qalibi oldu. 21 yaşlı Harold Pul ikinci, Erl Meynard isə üçüncü yerə layiq görüldü.[3]
Qalib Lari Skota 1000 dollar pul mükafatı və bodibildinq idmanının banisi Yevgeni Sandovun bürünc büstü təqdim edildi.
Yer | Mükafat | İştirakçı |
---|---|---|
1 | 1000 | Larri Skot, ABŞ |
2 | Harold Pul, ABŞ | |
3 | Erl Meynard, Barbados |