Mister Olimpiya 1971

Mister Olimpiya 1971Bodibildinq üzrə ən populyar yarışın sayca yeddincisi. Beynəlxalq Bodibildinq və Fitnes Federasiyasının[ing.] (IFBB) təşkilatçılığı ilə 1971-ci ilin 25 sentyabrında, ilk dəfə ABŞ-dan kənarda Fransada, Paris şəhərində keçirilmişdir.[1]

Mister Olimpiya 1971
at the 1971 Mr. Olympia
Mr.Olimpiya 1971-in qalibi Arnold Şvartsenegger
YerFransa
Tarix25 sentyabr
İştirakçılar1
Ümumi pul mükafatı1000
Medalçılar
gold medal 

Bu ilki yarış bütün bodibildinq həvəskarlarını təəssüfləndirdi və ən maraqsız yarışlardan biri oldu. Buna səbəb yarışda iştirak edəcək dörd iştirakçıdan üçünün diskvalifasiya[ing.] olunması oldu. Səbəb isə Arnoldun ən güclü rəqibi Serjio Olivanın, eləcə də Franko Kolombo və Roy Kalendarın qeyri-rəsmi federasiya olan NABBA[ing.]-nın keçirdiyi "Mister Kainat və eyni gündə İFBB-nin keçirdiyi "Mister Kainat" yarışlarında iştirak etmələri oldu.[2] Bu hal bodibildinq tarixində bir ilk idi. İFBB bodibildinqin 1976-cı ildə keçiriləcək 1976 Yay Olimpiya Oyunlarına salınmasını əldə etmək üçün bu qaydanı tədbiq etmişdir.[3]

Yer Mükafat İştirakçı
1 1000 Arnold Şvartsenegger,  Avstriya
  • Bu Arnold Şvartseneggerinin Mister Olimpiyadada sayca ikinci qələbəsi idi. Baxmayaraq ki, Arnold bu qələbəni çox asanlıqla əldə etdi, ancaq bütün mütəxəssislərin fikirinə görə Arnold əslində özünün ən yaxşı formasında idi.
  • Yarışdan sonra Franko Kolomboya və Serjio Olivaya səhnəyə çıxaraq özlərini nümayiş etdirməyə icazə verilmişdir.
  1. Merritt, Greg. "The 1971 Mr. Olympia". The Barbell (ingilis). 2023-03-15. 2023-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-03.
  2. "History of the Mr. Olympia - IFBB PRO" (ingilis). 2007-08-25. 2024-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-18.
  3. Muscle Builder magazine Vol 13, Num 3, Page 24. April 1972.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]