Mister Olimpiya 1967

Mister Olimpiya 1967Bodibildinq üzrə ən populyar yarışın sayca üçüncüsü. Beynəlxalq Bodibildinq və Fitnes Federasiyasının (IFBB) təşkilatçılığı ilə 1967-ci ilin sentyabrında Nyu-York şəhərində, Bruklin musiqi akademiyasının binasında keçirilmişdir.

Mister Olimpiya 1967
at the 1967 Mr. Olympia
Mr.Olimpiya 1967-in qalibi Serjio Olivanın qol əzələsi
YerABŞ
Tarixsentyabr
İştirakçılar4
Ümumi pul mükafatı1000
Medalçılar
gold medal 
silver medal 
bronze medal 

İki əvvəlki yarışdan fərqli olaraq bu yarışmada idmançılara musiqi ilə çıxış etməyə icazə verilmişdi. El Muto ləqəbli kubalı, Serjio Oliva[ing.] digər üç iştirakçını geridə qoyaraq yarışın qalibi seçildi. Serjio Oliva bu yarışı qazanan ilk və hələlik yeganə latın amerkalı idmançı oldu.[1]

Serjio Olivaya IFBB-nin prezidenti Co Veyder tərəfindən 1000 dollar pul mükafatı və bürünc büst təqdim olundu.

Yer Mükafat İştirakçı[2][3]
1 1000 Serjio Oliva,  Kuba
2 Çak Sayps,  ABŞ
3 Harold Pul,  ABŞ
4 Deyv Dreyper,  ABŞ
  1. "Falleció Sergio Oliva, el latino que derrotó a Schwarzenegger - Últimas noticias de hoy en Estados Unidos". web.archive.org. 2014-02-02. 2014-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-20.
  2. "Mr. Olympia Contest Results". www.getbig.com. 2023-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-15.
  3. "1967 Mr. Olympia Report". ifbb.com. 2013-01-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-01-01.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]