Mister Olimpiya 1970

Mister Olimpiya 1970Bodibildinq üzrə ən populyar yarışın sayca altıncısı. Beynəlxalq Bodibildinq və Fitnes Federasiyasının[ing.] (IFBB) təşkilatçılığı ilə 1970-ci ilin sentyabrında Nyu-York şəhərində, Bruklin musiqi akademiyasının[ing.] binasında keçirilmişdir.[1]

Mister Olimpiya 1970
at the 1970 Mr. Olympia
Mr.Olimpiya 1970-in qalibi Arnold Şvartsenegger
YerABŞ
Tarixsentyabr
İştirakçılar3
Ümumi pul mükafatı1000
Medalçılar
gold medal 
silver medal 
bronze medal 

Bu dəfə ki, yarışmada artıq 23 yaşlı avstriyalı Arnold Şvartsenegger üç qat Mister Olimiyanın qalibi Serjio Olivia[ing.] üçün ciddi rəqib idi. Gərgin keçən yarışmada hakimlər yekun qərar verməkdə çətinlik çəkirdi. Sonda Arnold Serjioyaya dönərək dedi: — «Serjio biz ikimiz də yorulmuşuq, artıq bəsdir». Serjio onunla razılaşdı və əlini yelləyərək səhnəni tərk etdi. Arnold isə özünü qalib kimi göstərərək səhnədə dayandı. Bu durum hakimlərə yekun qərar çıxarmaq üçün bir növ əsas verdi ki qələbəni Arnold Şvartseneggerə versinlər.[2]

Arnold Şvartsneggerin bu yarışdakı ilk qələbəsi idi və o ardıcıl beş Mr. Olimpiyanı (1971-1975), daha sonra 1980-cı ildə yeddinci Mr. Olimpiyanı qazanaraq 10 il (1991-ci ilə kimi) bu rekordu qoruyub saxlaya bildi.

Yer Mükafat İştirakçı[3]
1 1000 Arnold Şvartsenegger,  Avstriya
2 Serjio Oliva,  Kuba
3 Reg Levis,  ABŞ
  1. "1970 MR. OLYMPIA REPORT". 2013-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-13.
  2. "Mr. Olympia Report, 1970" (ingilis). joeweider.com. 2014-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-16. (#apostrophe_markup)
  3. "Mr. Olympia Contest Results". www.getbig.com. 2023-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-15.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]