Mister Olimpiya 1966 — Bodibildinq üzrə ən populyar yarışın sayca ikincisi. Beynəlxalq Bodibildinq və Fitnes Federasiyasının (IFBB) təşkilatçılığı ilə 1966-cı ilin sentyabrında Nyu-York şəhərində, Bruklin musiqi akademiyasının binasında keçirilmişdir.
Mister Olimpiya 1966 at the 1966 Mr. Olympia | |||||||
---|---|---|---|---|---|---|---|
Yer | ABŞ | ||||||
Tarix | sentyabr | ||||||
İştirakçılar | 4 | ||||||
Ümumi pul mükafatı | 1000 | ||||||
Medalçılar | |||||||
| |||||||
Yarışda "Mister Amerika", "Mister Kainat" və "Mister Dünya" yarışlarının qalibləri və mövcud "Mister Olimpiya" Larri Skot iştirak edirdi. Gərgin keçən mübarizədə Larri Skot hakimlərin uzun sürən müzakirəsi nəticəsində növbəti dəfə qalib elan olundu. Skota 1000 dollar pul mükafatı və ikinci dəfə Yevgeni Sandovun bürünc büstü təqdim olundu.[1] Bununla Larri Skot peşəkar idmandan getdiyi açıqladı.
Baxmayaraq ki, yarışa yeni qatılan kubalı Serjio Oliva 4-cü yerə layiq görüldü, ancaq azarkeşlərin və mütəxəssilərin böyük rəğbətini qazanmışdır.
Yer | Mükafat | İştirakçı[2] |
---|---|---|
1 | 1000 | Larri Skot, ABŞ |
2 | Harold Pul, ABŞ | |
3 | Çak Sayps, ABŞ | |
4 | Serjio Oliva, Kuba |