Vəfalı Suvarov
Vəfalı Suvarov | |
---|---|
Vəfalı Gülhəsən oğlu Suvarov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 mart 1959 |
Doğum yeri | |
Vəfat tarixi | 15 aprel 1994 (35 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | Bilinmir |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 1993–1994 |
Rütbəsi | Çavuş |
Döyüşlər |
Vəfalı Suvarov (2 mart 1959, Yaroslavl vilayəti – 15 aprel 1994, Güllücə, Ağdam rayonu) — Birinci Qarabağ müharibəsi şəhidi.[1]
Həyatı[redaktə | mənbəni redaktə et]
Vəfalı Gülhəsən oğlu Suvarov 2 mart 1959-cu ildə Rusiyanın Yaroslavl vilayətində çox uşaqlı ailədə anadan olmuşdur. Uşaqlığı və gəncliyi Azərbaycan Respublikasının Astara rayonunun Bala Şahağac və Kakalos kəndlərində keçmişdir. 14 yaşı olanda atası Gülhəsən Suvarov vəfat edib. Vəfalı Suvarov doğma kəndində məktəbi bitirmiş, Almaniyada hərbi xidmət keçmişdir. 1981-ci ildə ailə həyatı qurduqdan sonra Bakı şəhərinə Pirallahı qəsəbəsinə köçmüşdür. Müharibə başlayanda Vəfalı Suvarov AR Dövlət Neft Şirkətinin (SOCAR[2]) "Azneft" İstehsalat Birliyinin keçmiş "H. Z. Tağıyev adına" Neft və Qaz Çıxarma idarəsində traktorçu peşəsində işləyirdi.
Hərbi xidməti[redaktə | mənbəni redaktə et]
1993-cü ilin noyabr ayında könüllü olaraq cəbhəyə yollandı. Ağdam rayonunun azad olunması uğrunda döyüşmüşdür. Vəfalı Suvarov sıravi döyüşçü kimi döyüşə başlasa da komandirlik bacarığına görə qısa zamanda batalyon komandirinin köməkçisi vəzifəsinə qədər yüksəlmişdi. Hərbi hissə komandanlığının verdiyi əmrlərə uyğun olaraq, kəşfiyyat və digər çoxsaylı döyüş tapşırıqlarını yerinə yetirmişdir. Ermənistan Silahlı Qüvvələrinin çoxlu sayda canlı qüvvəsini və texnikasını məhv etmişdir. Heydər Əliyevin ön xəttə əsgərlərlə görüşü zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda göstərdiyi şücaətə görə Vəfalı Suvarovun əlini sıxaraq ona təşəkkürünü bildirmişdir.[mənbə göstərin]
Ölümü[redaktə | mənbəni redaktə et]
Vəfalı Suvarovun son döyüşü 1994-cü ilin aprel ayının sonlarında Ağdam rayonunun Güllücə və İlxıçılar kəndləri ətrafında oldu. İri miqyaslı hərbi təxribatlara başlayan Ermənistan Silahlı Qüvvələrinin məqsədi Ağdam rayonunun tam işğal olunması, əlverişli döyüş mövqelərinin tutulmasından ibarət olmuşdur. Bu məqsədlə ermənilər Ağdam rayonu istiqamətinə seçilmiş dəstələrini cəlb edərək hərbi təxribata başlamışdır. 1994-cü ilin aprel ayının əvvələrindən 12 may tarixinədək Ağdam rayonu uğrunda döyüşlər davam etdi. Vəfalı Suvarov son döyüşündə döyüş yoldaşlarının mühasirədən təkbaşına çıxarılmasına nail olmasına baxmayaraq özü döyüşdən çıxa bilmədi. İrəliləyən Ermənistan Silahlı Qüvvələri tərəfindən vurularaq şəhid oldu, nəşi səngərdə qaldı. Vəfalı Suvarovun dəfn olunduğu yer haqqında bu günədək heç bir məlumat yoxdur. Birinci Qarabağ müharibəsində 4000-ə yaxın itkin düşənlər siyahısında Vəfalı Suvarovun da adı var. Yaşadığı Bakının Pirallahı rayonunun mərkəzində şəhidlərin adını əbədiləşdirilməsi üçün "Vətən uğrunda" abidə-kompleksi[3] inşa edilmişdir. Vəfalı Suvarovda daxil olmaqla 44 şəhidin mərmər lövhə üzərində şəkilləri, həmçinin ad və soyadları həkk olunub.
Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]
Ailəli idi, Emin və Elçin adlı oğlu və Vüsalə adlı qızı var.
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ Cenublu.az. "Astara:Birinci Qarabağ müharibəsində itkin düşmüş Vəfalı Suvarovun ad günüdür" (az.). Cenublu.az. 02.03.2022. 2023-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2023.
- ↑ socar.az, https://socar.az/az/page/azneft-ib. "https://socar.az/az/page/azneft-ib". https://socar.az/az/page/azneft-ib. (#cite_web_url)
- ↑ http://pirallahi-ih.gov.az/az/veten-ugrunda-abide-kompleksi.html, http://pirallahi-ih.gov.az/az/veten-ugrunda-abide-kompleksi.html. "http://pirallahi-ih.gov.az/az/veten-ugrunda-abide-kompleksi.html". http://pirallahi-ih.gov.az/az/veten-ugrunda-abide-kompleksi.html. http://pirallahi-ih.gov.az/az/veten-ugrunda-abide-kompleksi.html. http://pirallahi-ih.gov.az/az/veten-ugrunda-abide-kompleksi.html. (#accessdate_missing_url)