Vəfalı Suvarov

Vəfalı Gülhəsən oğlu Suvarov (2 mart 1959; Yaroslavl vilayəti, Petrovsk rayonu, Rusiya Federasiyası15 aprel 1994; Güllücə, Ağdam rayonu, Azərbaycan) — Birinci Qarabağ müharibəsi şəhidi.[1]

Vəfalı Suvarov
Vəfalı Gülhəsən oğlu Suvarov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Rusiya, Yaroslavl vilayəti, Petrovsk rayonu SSRİ
Vəfat tarixi (35 yaşında)
Vəfat yeri Güllücə, Ağdam rayonu, Azərbaycan
Vəfat səbəbi Cəsədi döyüş meydanında qalmışdır.
Dəfn yeri Bilinmir
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Həyat yoldaşı Cəmilə Suvarova
Uşaqları Emin, Vüsalə, Elçin
Atası Gülhəsən Suvarov
Anası Roza Suvarova
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 1993–1994
Döyüşlər Qarabağ müharibəsi

Həyatı[redaktə | mənbəni redaktə et]

Vəfalı Gülhəsən oğlu Suvarov 2 mart 1959-cu ildə Rusiyanın Yaroslavl vilayətinin Petrovsk rayonunda çox uşaqlı ailədə anadan olmuşdur. Uşaqlığı və gəncliyi Azərbaycan Respublikasının Astara rayonunun Bala ŞahağacKakalos kəndlərində keçmişdir. 13 yaşı olanda atası Gülhəsən Suvarov vəfat edib. Vəfalı Suvarov doğma kəndində məktəbi bitirmiş, Almaniyada hərbi xidmət keçmişdir. 1981-ci ildə ailə həyatı qurduqdan sonra Bakı şəhərinə köçmüşdür. Müharibə başlayanda Vəfalı Suvarov AR Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyinin "H.Z.Tağıyev adına" NQÇİ-də traktorçu peşəsində işləyirdi.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

1993-cü ilin noyabr ayında könüllü olaraq cəbhəyə yollandı. Ağdam rayonunun azad olunması uğrunda qəhrəmanlıqla döyüşmüşdür. Vəfalı Suvarov sıravi döyüşçü kimi mübarizəyə başlasa da komandirlik bacarığına görə qısa zamanda batalyon komandirinin köməkçisi vəzifəsinə qədər yüksəlmişdi. Hərbi hissə komandanlığının verdiyi əmrlərə uyğun olaraq, kəşfiyyat və digər çoxsaylı döyüş tapşırıqlarını yerinə yetirmişdir. Döyüşlər zamanı qəhrəmanlıq və şücaət göstərirdi. Düşmənin çoxlu sayda canlı qüvvəsini və texnikasını məhv etmişdir. Yaralı və Şəhid olmuş döyüş yoldaşlarının düşmən əlinə düşməməsi üçün canı bahasına onları səngərdən çıxarırdı, düşmən əsirliyindən xilas edirdi. Ulu Öndər Heydər Əliyevin ön xəttə əsgərlərlə görüşü zamanı Vətən torpaqlarının azadlığı uğrunda göstərdiyi igidliyə görə Vəfalı Suvarovun əlini sıxaraq ona təşəkkürünü bildirmişdir.

Ölümü[redaktə | mənbəni redaktə et]

Vəfalı Suvarovun son döyüşü 1994-cü ilin aprel ayının sonlarında Ağdam rayonunun Güllücə və İlxıçılar kəndləri ətrafında oldu. İri miqyaslı hərbi təxribatlara başlayan erməni quldur dəstələrinin məqsədi Ağdam rayonunun tam işğal olunması, əlverişli döyüş mövqelərinin tutulmasından ibarət olmuşdur. Bu məqsədlə düşmən Ağdam rayonu istiqamətinə seçilmiş dəstələrini cəlb edərək hərbi təxribata başlamışdır. 1994-cü ilin aprel ayının əvvələrindən 12 may tarixinədək Ağdam rayonu uğrunda qanlı döyüşlər davam etdi. Vəfalı Suvarov son döyüşündə döyüş yoldaşlarının düşmən mühasirəsindən təkbaşına çıxarılmasına nail olmasına baxmayaraq özü döyüşdən çıxa bilmədi. İrəliləyən erməni quldurları tərəfindən vurularaq Şəhid oldu, cəsədi səngərdə qaldı. Şəhid Vəfalı Suvarovun dəfn olunduğu yer haqqında bu günədək heç bir məlumat yoxdur.Birinci Qarabağ müharibəsində 4000-ə yaxın itkin düşənlər siyahısında Şəhid Vəfalı Suvarovun da adı var.

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

Ailəli idi, Emin və Elçin adlı oğlu və Vüsalə adlı qızı var.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Cenublu.az. "Astara:Birinci Qarabağ müharibəsində itkin düşmüş Vəfalı Suvarovun ad günüdür" (az.). Cenublu.az. 02.03.2022. 2023-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2023.