Güllücə (Ağdam)

GüllücəAzərbaycan Respublikasının Ağdam rayonunun Güllücə kənd inzibati ərazi dairəsində kənd.[1]

Güllücə
40°11′12″ şm. e. 46°57′37″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Güllücə xəritədə
Güllücə
Güllücə

Güllücə kəndi 1994-cü il aprel ayının 16-da Ermənistan ordusu tərəfindən işğal olunub. 20 Noyabr 2020-ci il işğaldan azad olunub.

1930-cu ilə qədər Güllücə kəndi Yelizavetpol quberniyasının Cavanşir qəzasının tərkibində olub.

Güllücə kəndi rayon mərkəzindən 26 km. şimalda, Papravənd kəndindən 10 km. şərqdə, Qarabağ düzündə yerləşir. Əslən Qarabağdan olan tanınmış yazıçı Süleyman Sani Aundovun “Nurəddin” adlı əsərində Güllücə kəndinin adı çəkilir, kəndin gözəlliyindən söz açılır; yazıçı təxəyyülünün kiçik əlavələri nəzərə alınmazsa, Axundov, Ağdamın Güllücə kəndi barədə yazıb. Ermənistanın Amasiya rayonunda da Güllücə adlı azərbaycan kəndi var. Lakin Ermənistandakı yüzlərlə digər azərbaycanlı kəndi kimi, Amasiyadakı Güllücədə də azərbaycanlı qalmayıb artıq.

Güllücə kəndinin şimalında tunc və dəmir dövrlərinə aid olan Töyrətəpə kurqanları, kəndin cənubunda isə ilkin orta əsrlərdən qalma Karvansaratəpə və Çaparyeri adlanan qədim yaşayış məskəninin qalıqları var. Güllücə və Suma kəndlərinin arasında müqəddəs yer – Güllücə ocağı adlı ziyarətgah mövcuddur. İşğala qədərki dövrdə Güllücə kəndində klub, orta məktəb, 2 kitabxana, 2 uşaq bağçası, xəstəxana, rabitə şöbəsi, telefon stansiyası, şərab zavodu və müxtəlif ticarət-iaşə obyektləri var idi.

İşğala qədər(16 aprel 1994-cü il) Güllücə kəndində 2143 nəfər əhali yaşayırdı. Əhalinin əsas məşquliyyəti heyvandarlıq, taxılçılıq, üzümçülük və baramaçılıq olub.

  • Baratov Hörmət Beytulla oğlu, itkin düşmüşdü, şəhid.
  • Bəşirov Hamlet Ağalar oğlu, şəhid.
  • Həsənov Xəyal Zeynal oğlu, itkin düşüb.
  • Hüseynov Taleh Surxay oğlu, itkin düşüb.
  • İsmayılov Cəlal Famil oğlu, şəhid.
  • Kazımov Nüşrəvan Əli oğlu, şəhid.
  • Mahmudov İsmayıl Səhliyalı oğlu, itkin düşüb.
  • Məmmədov Kazım Əsgər oğlu, şəhid.
  • Məmmədov Eldar Şahmar oğlu, şəhid.
  • Məmmədov Rafail Knyaz oğlu,
  • Məmmədov Həsən Calal oğlu,
  • Mirzəyev Məmməd Hüseyn oğlu, itkin düşmüşdü, şəhid.
  • Mustafayev Həsən Rəhbər oğlu, itkin düşüb.
  • Muradov Əlvan Bəhmən oğlu, itkin düşüb.
  • Nəsibov Sulduz Nərimn oğlu, şəhid.
  • Səlimov Qazax Şəlim oğlu, şəhid.
  • Səfərov Nurəddin Muxtar oğlu,
  • Yusifov Sahib Əli oğlu, şəhid.
  • Əliyev Elşən Qüdrət oğlu, şəhid.
  • Əliyev Mədət Allahverdi oğlu, itkin düşüb.

İstifadə olunan ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • AzərbacanSovet Ensiklopediyası, 1982-ci il, VI cild,
  • Baxşeyiş Abbasoölu “Ağdam arıları”
  • S.S.Axundov “Seçilmiş əsərləri”, 2005,
  • Ramiz Abbaslı “Yeddi kəndin məktəbi”, 1996.
  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.