Volfqanq Helbiq
Volfqanq Helbiq | |
---|---|
Doğum tarixi | 2 fevral 1839[1] |
Doğum yeri | |
Vəfat tarixi | 6 oktyabr 1915[1] (76 yaşında) və ya 5 oktyabr 1915[2] (76 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | antropoloq, sənətşünas, arxeoloq |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Volfqanq Helbiq (alm. Wolfgang Helbig; 2 fevral 1839[1], Drezden[2] – 6 oktyabr 1915[1] və ya 5 oktyabr 1915[2], Roma[2]) — ömrünün çox hissəsini İtaliyada keçirən Almaniya antikşunası, arxeoloqu və sənət əsərləri satıcısı.
Həyatı[redaktə | mənbəni redaktə et]
Drezdendə anadan olmuşdur və burada oxumuşdur. daha sonra Göttingen və Bonn universitetlərində klassik filologiya və arxeologiya üzrə təhsil almışdır. Almaniya Arxeoloji İnstitutunun təqaüdçüsü kimi iki ilini Romada keçirdi.
İtaliya, Fransa və Yunanıstan üzrə çoxlu səyahətlər etmişdir, Şimali Afrika və Rusiyada olmuşdur. Rus knyaginyası və Listin şagirdi olmuş pianoçu Nadejda Şaxovskaya (1847—1922) ilə evlənmişdir.[3] Cütlük Romada yaşayırdı və Helbiq burada Almaniya Arxeoloji İnstitutunun ikinci katibi, universitet professoru, cənubi Etruriya arxeoloji qazıntılar komissarı və Dei Linçei Akademiyasının üzvü kimi fəaliyyət göstərirdi.[4]
Nəşrləri[redaktə | mənbəni redaktə et]
Əsas əsərləri aşağıdakılardır:[4][5]:
- «Wandgemälde der vom Vesuv verschütteten Städte» (Лейпциг, 1864);
- «Untersuchungen über die kampanische Wandmalerei» (1873);
- «Die Italiker in der Po-Ebene» (1879);
- «Das homerische Epos aus den Denkmälern erläutert» (Лейпциг, 1884—87);
- «Die Kampanische Wandmalerei»;
- «Altital. Kultur- und Kunstegeschiche» (1879).
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 5 6 Deutsche Nationalbibliothek Record #118710036 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ "см. родовод". 2014-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-24.
- ↑ 1 2 Гельбиг, Вольфганг // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890—1907.
- ↑ Гельбиг // Малый энциклопедический словарь Брокгауза и Ефрона : в 4 т. — СПб., 1907—1909.
- 2 fevralda doğulanlar
- 1839-cu ildə doğulanlar
- Drezdendə doğulanlar
- 6 oktyabrda vəfat edənlər
- 1915-ci ildə vəfat edənlər
- 76 yaşında vəfat edənlər
- 5 oktyabrda vəfat edənlər
- Romada vəfat edənlər
- Göttingen Universitetinin məzunları
- Bonn Universitetinin məzunları
- Dei Linçei Akademiyasının üzvləri
- Sankt-Peterburq Elmlər Akademiyasının üzvləri
- Göttingen Elmlər Akademiyasının üzvləri
- Bavariya Elmlər Akademiyasının üzvləri
- Rusiya Elmlər Akademiyasının üzvləri
- Almaniya arxeoloqları