Buffalo
Buffalo, Baffalo (İngilis tələffüzü ilə: bʌfəloʊ) — ABŞnin şərq bölgəsində Nyu-York ştatının qərbində; Eri gölünün şərq sahillərində, Niagara çayının ağızında Fort Eirik, Ontario, Kanada şəhərinin qarşısında qurulmuş bir şəhərdir. Buffalo "Eri qraflığının" inzibati mərkəzidir.
Əhalisi 259,4 min (aqlomerasiyada 1134,0 min; 2012). Kanada ilə sərhəddə, Eri gölünün ş. qurtaracağında, Niaqara çayının mənbəyində (onun sağ sahilində) yerləşir. Böyük Göllərdə mühüm liman (dəniz gəmilərini qəbul edə bilir), avtomobil və dəmir yolları qovşağı, beynəlxalq "Buffalo-Niaqara" aeroportu, metropoliten. Buffalonun yerində ilk məskən 1758 ildə Fransa kolonistləri tərəfindən salınmışdı (1759 ildə britaniyalılar onu yandırmışdılar). 19 əsrin əvvəllərində burada hollandların Yeni Amsterdam məskəni yaranmışdır; 1808 ildən Buffalo adı ilə Niaqara dairəsinin mərkəzi olmuş, 1813 ildə İngiltərə-Amerika müharibəsi (1812–14) zamanı ingilis qoşunları tərəfindən yandırılmış, sonra yenidən inşa edilmişdir. 1832 ildə şəhər statusunu almışdır. Buffalonun sürətli iqtisadi inkişafı Böyük gölləri Qudzon çayı vasitəsilə Nyu-Yorkla birləşdirən Eri kanalının (1825) tikintisi ilə başlamışdır.