WATER-WAVE

n 1. güclü dalğa, su dalğası, ləpə (dənizdə); 2. soyuq zavivka, burdurulmuş saç

WATER-TROUGH
WATER-WAY
OBASTAN VİKİ
Fiji Water
Fiji Water — Ficidən ixrac olunan su brendi. Mənbəyi Viti-Levu şəhərində yerləşir. Artezian tipli quyudan çıxarılır. 330 ml, 500 ml, 700 ml, 1 litr və 1,5 litrlik qablarda satılır. Mərkəzi Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşir.Kanadalı iş adamı Devid Qilmor 1996-cı ildə Natural Waters adı altında Fiji Water şirkətini qurdu. 2004-cü ildə Fiji Waterin satışı 50 milyon ABŞ dolları təşkil etmişdir. Fiji Water-in sahibi Resnik Holding Teleflora, POM Wonderful və Suterra adlı şirkətlərində sahibidir. 2009-cu ildə Fiji Water-in satışı 85 milyon dollar təşkil edib. 2010-cu ilin sonunda Fiji Water şərab istehsalına başladı. Fiji Water-in qırmızı və qara şərabları dünya miqyasında tanınılır.
Dark wave
Dark wave və ya darkwave (ingilis dilindən tərcümədə: qaranlıq dalğa)1970-ci illərin sonlarında yeni dalğa və post-punk hərəkatından yaranan musiqi janrıdır. Qaranlıq dalğa(dark wave) janrı kompozisiyaları əsasən kiçik açar tonallığa və introvert lirikaya əsaslanır və bu janra aid musiqilər özlüyündə qaranlıq, romantik və kədərli kimi emosiyalar ehtiva edir. Ümumi xüsusiyyətlərinə görə elektrik və akustik gitara, skripka və piano kimi musiqi alətlərinin, həmçinin sintezatorlar, samplerlər və drum maşınları kimi elektron alətlərin istifadəsi daxildir. 1980-ci illərdə qaranlıq dalğa musiqisi ilə paralel olaraq dinləyiciləri tərəfindən wavers və ya dark wavers adlanan subkultura yaradıldı xüsusilə də Avropada dark waves(qaranlıq dalğalar) subkulturası geniş yayılmışdır. Almaniya kimi bəzi ölkələrdə bu subkultura qotik rok həvəskarlarını da öz daxilinə alırdı.
Z-Wave
"Z-Wave" — əsasən yaşayış və kommersiya binalarının avtomatlaşdırılması üçün istifadə edilən simsiz rabitə protokolu. Bu cihazdan cihaza əlaqə yaratmaq üçün aşağı enerjili radio dalğalarından istifadə edən şəbəkədir. Ağıllı işıqlar, təhlükəsizlik sistemləri, termostatlar, sensorlar, ağıllı qapı kilidləri və qaraj qapısı açıcıları kimi ağıllı ev cihazlarını simsiz idarə etməyə imkan verir. "Z-Wave" markası və texnologiyası "Silicon Labs"ə məxsusdur. Bu texnologiya ilə məşğul olan 300-dən çox şirkət "Z-Wave" Alliance" daxilində toplanır. Yaşayış məntəqəsi, kommersiya sahəsi, MDU və tikinti bazarlarına yönəlmiş digər protokollar və sistemlər kimi "Z-Wave" sistemi də smartfondan, planşetdən və ya kompüterdən, lokal olaraq "Z-Wave" şlüzlü ağıllı dinamik, simsiz klaviatura və ya divara quraşdırılmış panel vasitəsilə, həmçinin həm maraq nöqtəsi, həm də nəzarətçi kimi xidmət edən mərkəzi idarəetmə cihazı ilə idarə oluna bilər. "Z-Wave" ittifaqın bir hissəsi olan müxtəlif istehsalçıların ev idarəetmə sistemləri arasında tətbiq səviyyəsinin qarşılıqlı işləməsini təmin edir. Birlikdə işləyə bilən "Z-Wave" məhsullarının sayı artmaqdadır. 2017-ci ildə 1,700-dən çox, 2019-cu ilə qədər 2,600-dən çox və 2022-ci ildə 4,000-dən çox idi. "Z-Wave"in tətbiq səviyyəsində qarşılıqlı fəaliyyət göstərməsi cihazların məlumat paylaşa bilməsini təmin edir, bütün "Z-Wave" aparat və proqram təminatının birlikdə işləməsinə imkan verir.
Walk on Water
Walk on Water (azərb. Su üstündə gəzmək‎) — Maltanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. İra Losko "Walk on Water" mahnısı ilə Maltanı İsveçin paytaxtı Stokholmda keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnı Liza Dezmond, Tim Larsson, Tobias Lundqren, Molli Pettersson Hammar və ifaçı İra Losko tərəfindən bəstələnmişdir.
CoMix Wave Films
CoMix Wave Films, Inc. (yaponca: コミックス・ウェーブ・フィルム, Hepbörn: Komikkusu Uēbu Firumu) — Yaponiya animasiya studiyası. Studiya şirkətinin baş qərargahı Yaponiyanın Tokio prefekturasının Çiyoda şəhərində yerləşir. Studiya anime serialları ilə, qısametrajlı filmləri və xüsusilədə direktoru Makoto Şinkayın iştirakı ilə çəkilmiş televiziya reklam çarxları ilə məşhurdur. Studiya 2007-ci ilin mart ayında 1998-ci ildə yaradılmış Itochu Corporation, ASATSU (indi ADK) və digər kompaniyaların birləşməsindən yaranmışdır.
An Awesome Wave
An Awesome Wave — İngiltərə indi-rok musiqi qrupu Alt-J-nin debüt studiya albomu. 25 may 2012-ci ildə Infectious Music tərəfindən buraxılıb.
In a Tidal Wave of Mystery
In a Tidal Wave of Mystery — ABŞ indi-pop duosu Capital Cities-in debüt studiya albomu. 4 iyun 2013-cü ildə Capitol Records tərəfindən buraxılıb.