"Çölçü" Sosial Klubu

“Çölçü" Sosial Klubu - əski türk adətləri və gələnəklərinin üzərində modernizə edilmiş, insanların təbiətdən kənarlaşmasına alternativ olaraq təbiətlə vəhdəti və harmoniyanı irəli sürən çölçülük submədəniyyəti daşıyıcılarını birləşdirən klub

"Çölçü" Klubu
Növü İctimai birlik
Yaranma tarixi 2015
Sədr Eltən Qədimbəyli

Tarixi[redaktə | mənbəni redaktə et]

“Çölçü" Sosial Klubunun əsası 2015-ci ildə rejissor, yazar Eltən Qədimbəyli tərəfindən qoyulub.[1]

İdeologiyası və mahiyyəti[redaktə | mənbəni redaktə et]

Çölçü klubu - elm, sənət və işgüzar adamları birləşdirən bir sosial klubdur. Çölçülük müasirlik və milliliyi özündə sintez edən bir düşüncə tərzidir[2]

Çölçülük ekstremal turizm, eko turizm, vəhşi təbiətdə sağ qalma üçün fiziki və psixoloji hazırlıq treninqlərinin sintezindən yaranan yeni bir turizm cərəyanı, Çölə, çölçülüyə və turizmə tam yeni və fərqli yanaşmadır. Bu yanaşmanın kökündə turizmin təkcə əyləncə, istirahət baxımından deyil, yeni bilik, bacarıqlar əldə etmək baxımından da maksimal dərəcədə effektlli olması tələbi prinsipial yer tutur.[3]

Buna görə də, Çölçü klubunun təşkil etdiyi çölçü axınlarından, işgüzar birlik öyüdləri (team building)-dən qatılanlar geriyə, adi turlarda olduğu kimi sadəcə xoş təəssüratlarla deyil, həm də yeni biliklər, bacarıqlara yiyələnərək qayıdırlar.

Çölçü axınları[redaktə | mənbəni redaktə et]

Çölçü axınları Çölçü klubunun təşkil etdiyi dağ-meşə gəzintiləridir.

Çölçü axınlarına günü-gündən marağın atmasının səbəblərindən biri də bu axınların təkcə istirahət yox, həm də təlim xarakteri daşımasıdır.[4] Çölçü axınları zamanı axına qoşulan çölçülərə ənənəvi türk oxçuluq təlimləri keçirilir, vəhşi təbiətdə davranma, təhlükəsizlik və həyatda qalma bilikləri ilə yanaşı diksiya,ritm və rəqs kimi yaşamın ən müxtəlif sahələrində faydalı ola biləcək bilik və bacarıqlar öyrədilir. Bundan əlavə axınlarda iştirakçılarda iradə, əzm, hədəfə yetmək üçün maneə və çətinlikləri dəf etmək, məqsədə çatmaq üçün optimal variantlar tapmaq kimi psixoloji hazırlıq bacarıqları da aşılanır.

İşgüzar birlik öyüdləri (Team building)[redaktə | mənbəni redaktə et]

"İşgüzar birlik öyüdləri " adi axınlardan fərqi ondadır ki, bu axınlar əsasən koorporativ müştərilər üçün nəzərdə tutulub.Özəl və dövlət qrumların kollektivlərində işgüzar birlik,birlik ruhunun gücləndirilməsi üçün Çölçü Obasında (çadırlarda) gecələmək və qida ilə təmin olunmaqla 2 gün və ya daha çox davam edə bilir , iştirakçılar Çölün yaratdığı çətinlikləri birgə dəf edir, bu da iştirakçılar arasında komanda ruhunun formalaşmasında, əlaqələndirilmiş fəaliyyət mexanizmlərinin yaranması və təkmilləşdirilməsində mühüm rol oynayır.Çölçü Obalarında aşağıdakı xidmətlər bunlardır.

Çölçü oyunları[redaktə | mənbəni redaktə et]

  • Həyatda qalma, vəhşi təbiətdə sağ qalma təlimləri
  • Fiziki hazırlıq, yünkül atletika və özünümüdafiə təlimləri
  • Ənənəvi türk oxatma təlimləri
  • Tir - sərrast atəş açma təlimi
  • At minmə təlimi
  • İntellektual inkişaf təlimləri
  • Natiqlik bacarığının inkişafı təlimi, diskussiya klubu
  • Qeyri standart vəziyyətlərdən çıxma təlimləri
  • Tez ünsiyyət yaratma, danışıqlar aparma təlimləri

Yarandığı gündən bu günə qədər Çölçü klubu çölə - dağlara, dağ çaylarına, şələlə və bulaqlara, meşələrə onlarla yürüşlər təşkil edib. Bu yürüşlərin iştirakçıları adətən18-50 yaş arasında olan, yaradıçı və elmi peşələrin sahibləri, eləcə də işgüzar insanlardır.

Mənbə[redaktə | mənbəni redaktə et]

Kəlbizadə E. İnsanla təbiətin harmoniyasını sevənlər – Çölçülər nəyə xidmət edir?. Baku Post, 22 avqust 2017-ci il

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Çölçü axını" olacaq | MANERA.AZ
  2. ""Təbiətə qayıdış" fəlsəfəsi: Cənnətə açılan qapı". 2017-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-02.
  3. Kəlbizadə E. İnsanla təbiətin harmoniyasını sevənlər – Çölçülər nəyə xidmət edir? Arxivləşdirilib 2018-04-18 at the Wayback Machine
  4. "Azərbaycanda yeni dalğa - Çölçülük və Çölçü klubu". 2017-02-20 tarixində orijinalından (#bad_url) arxivləşdirilib. İstifadə tarixi: 2022-01-02.